link=:en:File:Racknitz – The Turk 3.jpg|thumb|Yozef Raknitsin təsəvvürünə görə, operator rəqibi ilə oynayarkən içəridə bu şəkildə otururdu. Raknits həm operatorun mövqeyi, həm də avtomatın ölçüləri barədə yanılırdı. Mexaniki Türk () həmçinin Avtomat Şahmat Oyunçusu və ya sadəcə "Türk" () — 1770-ci ildə nümayiş etdirilən şahmat oynayan qurğu. Bu maşın sanki sərbəst şəkildə yüksək səviyyədə şahmat oynaya bilirmiş təsiri bağışlasa da, əslində fiqurlar onun alt hissəsindəki gizli bölmədə gizlənmiş şahmat ustası tərəfindən linglər və maqnitlər vasitəsilə hərəkət etdirilirdi. Maşın 84 il ərzində bir avtomat kimi müxtəlif ölkələrə aparılaraq nümayiş etdirilmiş və 1854-cü ildə yanğında məhv olana qədər vaxtaşırı nümayişlərini davam etdirmişdir. 1857-ci ildə sahibinin oğlu tərəfindən dərc olunan məqalədə bu mexanizmin ilk tam izahı verilmişdir. Maşın hələ mövcud olduğu dövrdə çoxları bunun bir hiylə olduğunu güman etsə də, onun iş prinsipi heç vaxt bu qədər dəqiq təsvir edilməmişdi.
İmperatriça Mariya Terezanı heyrətləndirmək məqsədilə Volfqanq fon Kempelen tərəfindən hazırlanmış “Türk” əksər oyunlarda, o cümlədən Napoleon Bonapart və Bencamin Franklin kimi dövlət xadimlərinə qarşı keçirilən oyunlarda qalib gəlirdi. 1804-cü ildə onu İohan Nepomuk Melsel qurğunu satın aldı və nümayiş etdirməyə davam etdi. Sonrakı dövrdə onu idarə edən şahmat ustaları arasında İohan Allqayer, Bonkur, Aaron Aleksandr, Uilyam Lyuis, Jak Mure və Uilyam Şlumberger də var idi, lakin Kempelenin ilk səfəri zamanı aparatı kimin idarə etdiyi məlum deyil. Qurğu həmçinin “Atın gedişi” adlı tapmacanı da yerinə yetirə bilirdi. Bu tapmacada oyunçu şahmat atını elə hərəkət etdirməli idi ki, şahmat taxtasının hər xanasına dəqiq bir dəfə getsin.
Ərsəyə gəlməsi right|upright|thumb|"Türk"ü yaradan Kempelenin kömürlə çəkilmiş, imzalı avtoportreti. 1769-cu ildə fransa illyuziyaçısı Fransua Peletyenin Şönbrunn sarayında, imperatriçə Mariya Terezanın hüzurundakı çıxışı Volfqanq fon Kempeleni bir il ərzində saraya Peletyenin illyuziyalarını geridə qoyacaq bir ixtira ilə qayıdacağına söz verməyə sövq etdi. right|thumb|"Türk"ün açıq kabinetini və mexaniki hissələrini əks etdirən mis qravürası. Sağ aşağı küncdə miqyas üçün istifadə olunan xətkeş görünür. Karl Qottlieb von Vindiş bu qravüraların "bilavasitə Kempelenin özü tərəfindən çəkilmiş rəsmlərə əsaslandığını və buna görə də dəqiq və etibarlı olduğunu" qeyd edir. right|thumb| "Türk"ün Vindişin 1784-cü ildə nəşr olunmuş "Cansız Şüur" () kitabından götürülmüş qravürü Nəticədə, sonralar "Türk" kimi tanınacaq"Avtomat Şahmatçı" ortaya çıxdı. Kempelen bu cihazı 1769-cu ildə işlək vəziyyətə gətirdi və 1770-ci ilin əvvəllərində tamamilə yekunlaşdırdı. Qurğu qara saqqallı, boz gözlü, insan ölçüsündə baş və bədəndən ibarət idi. Texnologiya yazarı Tom Stendicin sözlərinə görə, o, "şərq cadugərinin ənənəvi geyimi" sayılan Osmanlı xalatı və əllamə geyinmişdi. Sakit vəziyyətdə olduqda sol əlində uzun Osmanlı qəlyanını tutur, sağ əli isə təxminən 3,5 fut uzunluğunda, 2 fut dərinliyində və 2,5 fut hündürlüyündə olan bir korpusun üzərində qalırdı. Korpusun üst hissəsinə şahmat lövhəsi yerləşdirilmişdi. Korpusun ön tərəfi üç qapıdan, bir dəlikdən və içərisində qırmızı və ağ fil sümüyündən hazırlanmış şahmat dəsti olan bir siyirmədən ibarət idi və bunların hamısı açıla bilərdi. right|thumb|Modelin işləyişini göstərən illüstrasiya. Müxtəlif hissələr insan tərəfindən daxili dəstəklər və mexanizmlər vasitəsilə idarə olunurdu. Bu, Fridrix fon Raknitsin hesablamalarına əsaslanan yaradılmış təhrif olunmuş bir təsvirdir və maşının real ölçüləri ilə uyğun gəlməyən bir dizaynı göstərir. Korpusun daxili hissəsi müşahidəçiləri yanıltmaq üçün xüsusi mürəkkəbliklə hazırlanmışdı. Korpusun ön qapıları soldan açıldıqda, saat mexanizmini xatırladan çarxlar və dişlilər görünürdü. Bu bölmə elə layihələndirilmişdi ki, korpusun arxa qapıları eyni vaxtda açıldıqda maşının içindən qarşı tərəfi aydın görmək olurdu. Korpusun digər tərəfində isə mexanizm yox idi; bunun əvəzinə orada qırmızı yastıq, bəzi çıxarıla bilən hissələr və bürünc konstruksiyalar yerləşdirilmişdi. Bu hissə də maşının içindən qarşı tərəfin tam görünməsini təmin etmək üçün nəzərdə tutulmuşdu. Osmanlı modelinin geyiminin altında daha iki gizli qapı var idi. Bu qapılar da saat mexanizmini nümayiş etdirir və eyni şəkildə maşının içindən qarşı tərəfə maneəsiz baxış imkanı yaradırdı. Bu quruluş maşını təqdim edən şəxsə bütün qapıları tamaşaçıların üzünə açaraq cihazın sırf saat mexanizmi ilə işlədiyi illyuziyasını qoruyub saxlamağa imkan verirdi. Nə maşının sol tərəfində görünən saat mexanizmi, nə də şahmat dəstinin saxlanıldığı siyirmə korpusun arxasına qədər tam uzanmırdı. Onlar dərinliyin yalnız üçdə birini əhatə edirdi. İçəridəki operatorun yerini dəyişməsi üçün ixtiraçı qapıları açarkən görünməkdən yayınmasına imkan verən hərəkətli bir oturacaq da quraşdırmışdı. Oturacağın yerini dəyişməsi isə daxildəki şəxsi daha da yaxşı gizlətmək üçün saxta mexanizm hissələrinin onun yerinə sürüşərək keçməsini təmin edirdi. Korpusun üstündəki şahmat lövhəsi maqnit cazibəsini keçirəcək dərəcədə nazik idi. Hər bir şahmat fiqurunun alt hissəsinə kiçik, lakin güclü bir maqnit bərkidilmişdi. Fiqur lövhənin üzərinə qoyulduqda, həmin xananın altında iplə asılmış başqa bir maqniti özünə çəkirdi. Bu da maşının içindəki operatora şahmat lövhəsində hansı fiqurların hara hərəkət etdiyini görməyə imkan verirdi. Şahmat lövhəsinin alt hissəsi 1-dən 64-ə qədər nömrələnmiş xanalara bölünmüşdü ki, bu da operatora gedişin lövhənin hansı hissəsinə təsir etdiyini müəyyənləşdirməyə kömək edirdi. İçəridəki maqnitlər elə yerləşdirilmişdi ki, kənar maqnit sahələri təsir göstərə bilməsin. Kempelen hətta maşının maqnitdən asılı olmadığını nümayiş etdirmək üçün tez-tez lövhənin kənarına böyük bir maqnit qoyulmasına şərait yaradırdı. Diqqəti yayındırmağın başqa bir üsulu kimi, "Türk"ün yanında təqdimatçının korpus üstünə qoyduğu kiçik, tabuta bənzər taxta qutu da var idi. Maşının sonrakı sahibi Yohan Nepomuk Melzel bu qutudan istifadə etmirdi, lakin Kempelen oyun zamanı tez-tez onun içinə baxaraq maşının müəyyən funksiyalarını məhz onun idarə etdiyi təəssüratını yaradırdı. Bəziləri bu qutunun fövqəltəbii gücə malik olduğuna inanırdı. Karl Qotlib fon Vindiş 1784-cü ildə qələmə aldığı "Cansız şüur" kitabında yazırdı: "Xüsusilə uşaqlıqda eşitdiyi nağılları unutmayan qoca bir qadın otağın o biri başında, pencərə altlığında gizləndi çünki o, maşının daxilində şər ruhun olduğuna səmimi qəlbdən inanırıdı." İçəridə, fiqurları bərkitmək üçün deşikli xüsusi şahmat lövhəsi var idi ki, bu lövhə pantoqrafa bənzər bir mexanizmlə modelin sol qoluna birləşdirilmişdi. Pantoqrafın üzərindəki metal göstərici daxildəki şahmat lövhəsi boyunca hərəkət etdikdə, eyni vaxtda "Türk"ün qolunu da şkafın üstündəki şahmat lövhəsi üzərində hərəkətə gətirirdi. Bu hərəkət imkanı operatora "Türk"ün qolunu aşağı-yuxarı qaldırıb-endirməyə, dəstəyi fırlatmaq isə əlini açıb-bağlayaraq lövhədəki fiqurları tutmağa şərait yaradırdı. İçəridəki lövhə və mexanizm şam işığında operator üçün aydın görünürdü. "Türk" gediş edərkən mexanizmin digər hissələrindən saat qurğusuna bənzər səslər çıxırdı ki, bu da cihazın sırf mexaniki işlədiyi illyuziyasını daha da gücləndirirdi. Həmçinin "Türk" müxtəlif üz ifadələri də ala bilirdi. Maşın Melzel tərəfindən əldə edildikdən sonra ona səs aparatı elə də əlavə olundu ki, bu da maşına oyun zamanı oyundakı "Şah!" ifadəsinin fransızca qarşılığı olan "Échec!" demək imkanı verirdi. Korpus daxilindəki operatorun təqdimatçı ilə əlaqə saxlamasına kömək edən xüsusi vasitələr var idi. Korpusun daxilində və xaricində, bir-birinin əksində yerləşdirilmiş, üzərində rəqəmlər olan iki bürünc disk mövcud idi. Xüsusi bir mil bu diskləri istənilən rəqəmə tərəf fırladırdı ki, bu da iki şəxs arasında gizli kod rolunu oynayırdı.
Nümayiş "Türk" ilk dəfə 1770-ci ildə Pelletierin çıxışından təxminən altı ay sonra Şönbrunn sarayında nümayiş etdirildi. Kempelen saray əhlinə müraciət edərək yaratdığı qurğunu təqdim etdi və maşının, eləcə də onun detallarının nümayişinə başladı. Kempelen "Türk"ün hər nümayişinə korpusun qapı və siyirmələrini açmaqla başlayır, beləliklə tamaşaçıların qurğunu yaxından gözdən keçirməsinə imkan verirdi. Daha sonra o, maşının rəqibini qəbul etməyə hazır olduğunu elan edərdi.
Kempelen "Türk"ün ağ fiqurlarla oynamasında və ilk gedişi etməsində təkid edirdi (ağların birinci gediş etməsi qaydası o dövrdə hələ tam formalaşmadığı üçün bu, heç bir ziddiyyət yaratmırdı). Gedişlər arasında "Türk" sol qolunu yastığın üzərində saxlayırdı. O, rəqibin vəzirini təhdid etdikdə iki dəfə, şah elan etdikdə (şah verdikdə) isə üç dəfə başını tərəfə yelləyə bilirdi. Rəqib qaydalara zidd gediş etdikdə, "Türk" başını bulayır, fiquru əvvəlki xanasına qaytarır və öz gedişini edərək rəqibi gediş hüququndan məhrum edirdi. "Türk"ün nümayişini izləyən səyyah Luqo Dutan təəssüratlarını belə bölüşürdü: "Vəzirə at gedişi etdirərək kiçik bir hiylə işlətməyə çalışdım, lakin mexanik rəqibim aldanmadı; o, vəzirimi götürüb götürüldüyü xanaya geri qoydu". Kempelen oyun zamanı otaqda gəzişir, tamaşaçıları maşının maqnitlə idarə olunub-olunmadığını yoxlamaq üçün korpusa maqnit və ya dəmir çubuqlar yaxınlaşdırmağa dəvət edirdi.
left|thumb|"Türk"ün yerinə yetirdiyi "atın gedişi məsələsi": qapalı dövrə gedişin istənilən başlanğıc nöqtəsindən tamamlanmasına imkan verir.
"Türk"ə qarşı oynayan ilk şəxs saray əyanı, avstriyalı qraf Lüdviq fon Kobensl oldu. O gün maşına rəqib olan digər şəxslər kimi, Kobenzl də tezliklə məğlub edildi. Oyunu izləyənlər maşının aqressiv üslubda oynadığını və rəqiblərini adətən otuz dəqiqə ərzində mat etdiyini bildirirdilər.
Qurğunun nümayişinin başqa bir hissəsi "Atın gedişi məsələsi"ni yerinə yetirmək idi. Bu, şahmatçının atı lövhə üzərində hər bir xanaya yalnız bir dəfə dəyməklə bütün xanalardan keçirməsini tələb edən məşhur tapmaca idi. O dövrün ən təcrübəli şahmatçıları belə bu tapmacanı həll etməkdə çətinlik çəkdiyi halda, "Türk" qapalı dövrəli həll yolu qeyd olunmuş xüsusi lövhə sayəsində istənilən başlanğıc xanasından bu gedişlər zəncirini asanlıqla tamamlayırdı. Üstəlik, "Türk" üzərində hərflər olan lövhə vasitəsilə tamaşaçılarla ünsiyyət də qura bilirdi. Kempelenin maşını Şönbrunn sarayında təqdim etdiyi dövrdə şəxsiyyəti naməlum qalan operator bu ünsiyyəti ingilis, fransız və alman dillərində aparmağı bacarırdı. Riyaziyyatçı Karl Fridrix Hindenburq "Türk"ün Leypsiqdə olduğu müddətdə aparılan söhbətlərin qeydiyyatını aparmış və 1784-cü ildə bunu nəşr etdirmişdi. "Türk"ə ünvanlanan və onun cavablandırdığı suallar arasında maşının yaşı, ailə vəziyyəti və məxfi iş prinsipi kimi mövzular var idi.
Avropa turu