Canlı böyük rus dilinin izahlı lüğəti () — Vladimir İvanoviç Dal tərəfindən XIX əsrin ortalarında, konkret olaraq 1863-cü ildə tərtib edilmiş izahlı lüğət. Rus dilinin ən böyük lüğətlərindən biridir. Təxminən 200.000 sözü və nəzərdə tutulan sözlərin mənasını izah etməyə xidmət edən 30.000 atasözü, məsəl və tapmacanı özündə cəmləşdirir.
Vladimir İvanoviç Dal (1801–1872) lüğətinin yalnız birinci nəşrinin şahidi olmuşdur. İkinci (yenidən işlənmiş) nəşr 1880-ci ildə işıq yüzü görmüşdür.
Strukturu və tərkibi Lüğətin əsasını canlı xalq dili və onun regional variantları təşkil edir. Lüğətdə XIX əsr yazılı və şifahi dilinin leksikası, müxtəlif peşə və sənət sahələrinin terminologiyası və frazeologiyası yer almışdır.
Lüğət yalnız dil haqqında deyil, həm də xalq məişəti, inamlar, əlamətlər və digər etnoqrafik xüsusiyyətlər barədə məlumat verir. Belə ki, "лапоть" (çarıq) sözü haqqındakı məqalədə nəinki çarığın bütün tipik növləri xarakterizə olunur, həm də hazırlanma üsulu göstərilir; "мачта" (dor ağacı) və "парус" (yelkən) sözlərində təkcə müxtəlif dor və yelkən növlərinin adları verilmir, həm də onların təyinatı izah olunur; holland və ingilis dillərindən alınmış dənizçilik terminləri ilə yanaşı, Xəzər və Ağ dənizlərdə yaranmış və işlənən adlar da təqdim edilir. "Рукобитье" (əl sıxma/nişan) sözünə aid məqalədə isə mürəkkəb toy adəti və qədim kənd məişətində toyla əlaqədar olan ənənələr şərh olunur.
Lüğətin ilk buraxılışlarına görə Dal 1861-ci ildə Konstantinov qızıl medalı ilə təltif olunmuş, 1868-ci ildə isə Elmlər Akademiyasının fəxri üzvü seçilmiş və Lomonosov mükafatına layiq görülmüşdür.
Lüğət normativ xarakter daşımır, onda leksikanın üslubi xarakteristikası (yalnız yerli işlənmə dialektizmləri qeyd olunub) və qrammatik göstərişlər praktiki olaraq yoxdur, leksik seçimlər aparılmayıb. Dal sözlərin işlənməsinə dair çoxlu misallar gətirir, lakin geniş təriflər vermir.
Lüğət əlifba-yuva prinsipi ilə tərtib olunmuşdur. Bu üsul söz yaradıcılığının açılmasına kömək etsə də, müəyyən çətinliklər yaradır: bəzən konkret sözün tam olaraq harada axtarılacağı aydın olmur. Yuva sistemi lazımi dərəcədə səliqəli icra olunmamışdır: bəzən yalnız həmahəng olan, lakin qohum olmayan sözlər bir yerə yığılmış, bəzən isə əksinə, qohum sözlər bir neçə məqaləyə bölünmüşdür: "акт" (akt), "актёр" (aktyor), "акциз" (aksiz), "акция" (aksiya) sözləri bir yuvada birləşdirilmişdir; aşağıdakı sözlər isə bir yuvada birləşdirilməmişdir: "дикий" (vəhşi) və "дичь" (ov quşu/cəfəngiyat); "знак" (nişan/əlamət) və "значок" (nişan); "круг" (dairə) və "кружить" (fırlatmaq).
(Üçüncü və dördüncü nəşrlərdə redaktor İvan Boduen de Kurtene materialın təqdimat strukturunu qismən yenidən formalaşdırmışdır ki, bu da lüğətdən istifadəni asanlaşdırmış, lakin müəllif sistemini pozmuşdur.)
Dal, həmçinin alınma sözləri əvəz etmək üçün özünün uydurduğu bir neçə sözü də lüğətə daxil etmişdir ("гармония" (harmoniyanı) əvəz etmək üçün "сглас", "автомат" (avtomatı) əvəz etmək üçün "живуля", "гимнастика" (gimnastikanı) əvəz etmək üçün "ловкосилье"). Lüğət çıxdıqdan sonra bu cür "saxtakarlıq" üzə çıxarılmışdır. "Hökmə cavab" adlı vətənpərvər məqaləsində Dal lüğətində "indiyədək işlənməyən sözlərin" olduğunu etiraf etməyə məcbur olmuşdur.
Yaranma tarixi
Ölümündən bir həftə əvvəl, xəstəlikdən yatağa məkum olan V. İ. Dal ikinci nəşrini hazırladığı lüğətin əlyazmasına xidmətçilərdən eşitdiyi dörd yeni sözü daxil etməyi qızına tapşırmışdı.
Vladimir Dal lüğəti 53 il ərzində tərtib etmişdir.
Nəşrləri
|thumb|Birinci nəşrin titul vərəqi
1-ci nəşr — Rus Sözünü Sevənlər Cəmiyyətinin nəşri, Moskva, A. Semen mətbəəsi, 1863 (cild 1); Lazarev Şərq Dilləri İnstitutunun mətbəəsi, 1865 (cild 2, 3); T. Ris mətbəəsi, 1866 (cild 4). müəllif illəri 1861–1866 göstərir, Brokhauz və Efron Lüğəti və Ədəbiyyat ensiklopediyası isə 1861–1868 kimi verir. "1861" tarixi lüğətin tam kitab nəşrindən əvvəl ilkin hissələrinin ayrı-ayrı buraxılış-dəftərlər şəklində işıq üzü görməsi ilə əlaqədardır.
thumb|İkinci nəşrin titul vərəqi
2-ci nəşr — "Müəllifin əlyazması əsasında düzəlişlər edilmiş və nəzərəçarpan dərəcədə genişləndirilmiş", "M. O. Volf kitabnəşrinin nəşri", Sankt-Peterburq — Moskva, 1880, 1881, 1882, 1882. 3-cü nəşr — "Prof. İvan Boduen de Kurtenenin redaktorluğu altında düzəlişlər edilmiş və nəzərəçarpan dərəcədə əlavələr olunmuş nəşr", "Əlahəzrət İMPERATORUN sarayının təchizatçıları" (yalnız 1-ci cilddə belə qeyd olunub) M. O. Volf tərəfdaşlığının nəşri, Sankt-Peterburq — Moskva, 1903, 1905, 1907, 1909. Lüğətə ən azı 20.000 yeni söz, o cümlədən söyüş və vulqar leksika (dördüncü cilddə) daxil edilmişdir. Etdiyi əlavələrə görə redaktor kəskin tənqidə məruz qalmış, Sovet dövründə "Boduenin Dal lüğəti" yenidən nəşr olunmamışdır. 4-cü nəşr — İ. A. Boduen de Kurtenenin redaktorluğu ilə, Sankt-Peterburq, 1912–1914 (əvvəlki nəşrin təkrarı). 7-ci nəşr — V. İ. Dalın anadan olmasının 175 illiyinə həsr olunmuş, 1880–1882-ci illərin 2-ci nəşrindən yenidən yığılaraq çap olunmuş 1955-ci ilin 6-cı nəşrindən fotomexaniki üsulla tirajlanmışdır. Tirajı 200.000 nüsxədir. Cild 1–4. — Moskva: Русский язык, 1978.
Vladimir Dal lüğət haqqında
228px|thumb|V. İ. Dalın 200 illik yubileyinə həsr olunmuş xatirə sikkəsi (2001)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1863-cü ilin kitabları Kateqoriya:Tezauruslar Kateqoriya:Rus dilində lüğətlər