İbn Tulun məscidi () və ya Məscidu Əhməd ibn Tulun () — Qahirədə yerləşən IX əsrə aid tarixi məscid.

İnşası Məcsid Əhməd ibn Tulunun əmri ilə inşa olunmuşdur. Məscidin kitabəsinə görə tikili hicri 265-ci (879) ildə tamamlanmışdır. Məqrizi məscidin bu tarixdən üç il əvvəl inşa olunmağa başlandığını qeyd etmişdir.

Daha sonra hicri 470-ci (1077) ildə Fatimi xəlifəsi Müstənzir-Billah və hicri 696-cı (1296–97) ildə Məmlük sultanı Laçın tərəfindən məsciddə mühüm təmir işləri aparılmışdır.

Xüsusiyyətləri Məscid tamamı ilə kərpicdən, Abbasi ənənəsinə və xüsusi ilə Samərra üslubunda inşa edilmişdir.

Tikilidə 161,5 × 162.25 m ölçülərində olan xarici həyət vardır. Bu həyət divarlarla əhatə olunmuş və qiblə istiqamətində yerləşdirilmişdir.

Məscid mərkəzdə təxminən 92 × 92 metr ölçülü kvadrat formalı bir həyətdən və bu həyəti əhatə edən sütunlu neflərdən ibarətdir.

Məscidin çoxlu qapısı vardır. Bunlardan 4-ü qiblə, 7-si şimal və şərq, 5-i şimal istiqamətində yerləşir. Şimal istiqamətində yerləşən qapılar xarici həyətə açılır. Xarici həyət isə qiblə istiqamətində 1, şərq və qərb tərəflərində 6, şimal tərəfdə isə 7 qapı vasitəsilə xaricə çıxış verir.

Müasir dövrdə İbn Tulun məscidi hazırda Misirdə əsas formasını mühafizə etmiş ən qədim məsciddir.

İstinadlar Kateqoriya:Sünni məscidləri