"Abdullacan və ya Stiven Spilberqə həsr olunur" (, ) — Zülfiqar Musaqov tərəfindən 1991-ci ildə çəkilmiş elmi-fantastik komediya filmidir. "Abdullacan" ilk özbək elmi-fantastik filmi olmaqla yanaşı, bir çox tənqidçilər, rejissorlar və kino həvəskarları tərəfindən postsovet Özbəkistanında yaradılmış ən yaxşı film kimi qiymətləndirilir.

Filmdə yəhudi əsilli amerikalı rejissor Stiven Spilberqin çəkdiyi elmi-fantastik filmlərə göndərmələr mövcuddur. Film qəsəbə gözətçisi tərəfindən Stiven Spilberqə göndərilən məktub şəklində, birinci şəxsin dilindən, qırıq və gülməli rus dilində nəql edilir. Qəhrəmanların əksəriyyəti özbəkcə danışır.

Süjet Film kənddəki mağazanın gözətçisi Satıbaldının dilindən "Qaqa Stiven Spilberqə" yazılmış məktub forması ilə başlayır. Süjet yadplanetli gəmisinin Özbəkistandakı bir kolxoza düşməsindən bəhs edir. Kənd sakini Bazarbay itmiş inəyini axtararkən yadplanetli ilə rastlaşır. Satıbaldı Spilberqə yazdığı məktubda qeyd edir ki, "E.T. the Extra-Terrestrial" filmindəki gözəl və işıqlı gəmidən fərqli olaraq, Özbəkistana düşən gəmi "qorşok"a (tualet dibçəyinə) bənzəyir, lakin tamamilə həqiqidir.

Yadplanetli ağdərili bir uşaqdır, çox dildə danışa bilir. O, insanları və əşyaları uçurmaq, istədiyi vaxt yağış yağdırmaq kimi möcüzələr göstərmək qabiliyyətinə malikdir. Bazarbay ona babasının adını verir — Abdullacan — və onu 6 oğlundan sonra 7-ci övladı kimi övladlığa götürür. Kənd camaatı Abdullacanın Bazarbayın hardasa rus qadınından olan qeyri-qanuni oğlu olduğunu düşünür.

Bu ərəfədə Moskvadakı rus alimlər yadplanetlinin kəndə düşəcəyini əvvəlcədən təxmin edərək kolxoz sədrinə hər hansı bir yadplanetli görərsə, dərhal xəbər verməyi əmr edirlər. Bazarbay Abdullacana kömək çağırmaq üçün cihazını tapmaqda yardım edir, lakin sonra cihazı ondan gizlədir. Daha sonra bu cihaz Bazarbayın gizlətdiyi yerdən yoxa çıxır.

Bazarbay Abdullacana bütün problemlərini həll etmək üçün "çoxlu pul" lazım olduğunu deyir. Abdullacan bunu hərfi mənada başa düşərək ailə qazanından nəhəng bir rubl sikkəsi düzəldir. Daha sonra kağız pulu çoxaltdırır, ancaq Bazarbay bunun qanunsuz olduğunu öyrəndikdən sonra pulların hamısını yandırırlar.

Abdullacan möcüzələr göstərməyə davam edir: o, insanları kətmənlərlə uçurur, toyuqlara bir dəqiqədə 50 yumurta qoydurur, nəhəng meyvə-tərəvəzlər (o cümlədən 3 tonluq qarpız) yetişdirir, inəklərə 40 buzov doğdurur və yerli ustaya "hi-fi" videomaqnitofon yığmağa kömək edir. Bütün bunların arxasında Abdullacanın dayandığını kəndlilər bilmirlər. Bir sərxoş kolxoz sədrinə bir şüşə araq müqabilində bütün bunları sədrin etdiyini yaymağı təklif edir, sədr isə razılaşır. Sədrə xüsusi uçan kətmən hədiyyə olunur, lakin o uçmur. Sədr Abdullacandan kətmənini uçurmağı xahiş edir, amma Abdullacan sədrin arıları öldürmək kimi bağışlanmaz günah etdiyini bildirib rədd edir. Sədr kətmənin uçacağına ümid edərək hündür binadan tullanır və xəsarət alır.

Moskva yadplanetlini tapmaq üçün tanklar və qırıcılar göndərir. Məlum olur ki, yadplanetlinin cihazını Bazarbayın arvadı gizlədibmiş. O, cihazı Abdullacana qaytarır. Abdullacan yenidən qorşok formasındakı gəmisinə minib uçub gedir. Filmin sonunda Satıbaldı Spilberqi kəndə "böyük qarpız və yemiş yeməyə, kətmənlə uçmağa" dəvət edir.

Rollarda Şöhrət Qəyyumov — Abdullacan Rəcəb Adaşev — Bazarbay Tuti Yusupova — Xalidə, Bazarbayın arvadı Tuyçi Oripov — Sədr ata, kolxoz sədri Cavlan Həmrayev — Yoldaş Hacıəkbər Nurmətov — Həsən Camal Haşımov — Mətdəqəbul, kolxoz işçisi Erqaş Möminov — Baltabay, Bazarbayın oğlu Vladimir Menşov — General İvan İvanoviç Hüsən Musabayev — Bazarbayın qohumu

Rəcəb Adaşev və kastinq Aktyor Rəcəb Adaşev "Abdullacan" filminin kastinqindən keçə bilməməsinə rəğmən necə baş rola təsdiq edildiyini belə xatırlayır:

Onun sözlərinə görə, film üçün çəkilişlər 17 sentyabr 1991-ci ildə başlamalı idi. Bazarbay roluna əslində məşhur aktyor Abid Yunusov təsdiqlənmişdi. İlk gün çəkiliş qrupu nahar edərkən Abid Yunusovun yanına iki pərəstişkarı gəlir və birlikdə içki içirlər. Səhər saat 04:30-da çəkilişlər üçün oyanış olanda Abid Yunusov sərxoş vəziyyətdə çıxır. Rejissor Zülfiqar Musaqov bunu gördükdən sonra Yunusov mərdlik göstərib əşyalarını toplayaraq Daşkəndə qayıdır.

Bundan dərhal sonra filmin direktoru Fərhad adlı şəxs Rəcəb Adaşevə zəng edərək onu çəkiliş meydançasına çağırır. Rejissor qrupa Rəcəb Adaşevin gələcəyini əvvəlcədən deyir, buna görə də qrup onu çox təbii qarşılayır. Rəcəb Adaşev xatırlayır:

İstinadlar

Kateqoriya:1991-ci ilin filmləri Kateqoriya:Elmi fantastika filmləri