Avstriyalı Anna (; ; ) — Avstriya hersoqu II Karlın qızı, Polşa və İsveç kraliçası, Böyük Litva knyaginyası.
1573-cü ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Anna olmaqla, digər bacı-qardaşları 1 yaşında etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi. Roma papası XIII Qriqorinin Vaza və Habsburqlar arasında bir ittifaq qurmaq istəməsi nəticəsində, hələ 4 yaşında ikən İsveç kralı III Conun oğlu Sigizmundla evləndirilməsi müzakirə edildi. Ancaq onun üçün seçilən digər bəy namizədləri (II Rudolf, II Henri və s.) vardı.
1587-ci ildə Polşa kraliçası olan xalası Anna Yaqellonun taxtdan çəkilməsinin ardından Sigizmund Polşa taxt-tacına keçdi və bu tarixdə yenidən Avstriyalı Anna ilə evləndirilməsi müzakirə edildi. Uzun müzakirələrin ardından 1591-ci ildə atası evlilik üçün icazə verdi və cütlüyün nişanlandığı 1592-ci ilin aprelində elan olundu. 4 mayda Vyanada baş tutan formal nigah mərasiminin ardından anası Bavariyalı Anna Mariya ilə birlikdə Krakova göndərildi. 31 may 1592-ci ildə cütlüyün toy mərasimi Krakovda baş tutdu. Gənc kralın bu ilk evliliyi bir çox alman düşməni əsilzadənin narazılığına səbəb oldu. Cütlüyün bu nigahdan 5 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı.
Anna Mariya (23 may 1593 - 9 fevral 1600) Yekaterina (19 aprel 1594 - 16 may 1594) IV Vladislav Yekaterina (27 sentyabr 1596 - 2 iyun 1597) Xristofor (10 fevral 1598)
1592-ci ildə əri Sigizmund İsveç taxt-tacını da ələ aldı. Tacqoyma mərasimi üçün cütlük İsveçə getməli idi. Ancaq yerli polyak əsilzadələr buna qarşı çıxdılar və girov olaraq kraliçanın Varşavada qalmasını tələb etdilər. Ancaq kral buna etiraz etdi və xanımıyla birlikdə Stokholma yollandı. Onların bu səyahəti çox məşəqqətli oldu. Belə ki, Kraliça Anna hamilə idi və qatı katolik inancla böyüdüldüyü üçün protestant isveçlilər tərəfindən sevilmədi. Buna baxmayaraq, 19 fevral 1594-cü ildə Uppsala kafedralında İsveç kraliçası kimi tac taxdı. 1594-cü ilin iyulunda Varşavaya yola düşdülər.
10 fevral 1598-ci ildə Varşavada son övladına hamilə ikən vəfat etdi. Ölümünün ardından keysəriyyə əməliyyatıyla oğlu bətnindən çıxarılsa da, bir neçə saat sonra körpə öldü. Ölümünün ardından ittifaqı davam etdirmək məqsədilə, kral baldızı Avstriyalı Konstansa ilə evləndi.
Mənbə
Ədəbiyyat
Anteckningar om svenska qvinnor (Swedish) Europe in the sixteenth-century, Andrew Pettegree, 2002, Den svenska historien. 4. Gustav Vasa. Riket formas (The History of Sweden. 4. Gustav Vasa. The empire is formed), Gunvor Grenholm, Jan Cornell, Jerker Rosén, Sten Carlsson and Svenolov Ehrén, 1978,
İstinadlar