Teodora Meçkovskaya (; ) — polyak feminist, sufrajist və pedaqoqu. Həyatı Teodora Mariya Mençkovskaya 5 sentyabr 1870-ci ildə Polşa çarlığının Loviç şəhərində anadan olub. O, 1888-ci ildə orta məktəbi bitirdikdən iki il sonra, İsveçrəyə köçüb. 1896-cı ildə Cenevrə Universitetinin təbiət elmləri üzrə bakalavr dərəcəsinivitirib. Məzun olmazdan bir il əvvəl həkim və aktivist olan Vatslav Mençkovski ilə ailə həyatı qurub. Onlar Rusiyanın nəzarəti gücləndirmək səyləri nəticəsində Visla diyarı kimi tanınan Polşa krallığının Varşava şəhərində məskunlaşıblar. Mençkovskaya 1914-cü ildə Birinci Dünya müharibəsi başlamazdan əvvəl Varşavada qızlar məktəbində dərs deyib və 1903-cü ildən Varşava Pedaqoji Cəmiyyətinin üzvü olub. Polşa 1918-ci ildə müstəqillik qazandıqdan sonra o, məkrəbdə ölkənin ilk qadın müfəttişi olub və 1934-cü ildə təqaüdə çıxana qədər bu vəzifəni icra edib.Czy wiesz kto to jest, red. Stanisław Łoza, t. 1 Warszawa 1928, s. 479
İkinci Dünya müharibəsi zamanı, Polşanın alman işğalı altında olduğu dövrdə gizli dərslər keçib və 1944-cü ildə Varşava üsyanının məğlubiyyətindən sonra Polşanın Zakopane şəhərinə qaçıb. Müharibə bitdikdən sonra Varşavaya qayıdıb və 11 dekabr 1954-cü ildə vəfat edənə qədər orta məktəbdə biologiya müəllimi olaraq çalışıb. Aktivist fəaliyyəti Teodora Meçkovskaya, 1907-ci ildə qısamüddətli olaraq Polşalı Qadınların Hüquq Bərabərliyi İttifaqının üzvü olub, lakin bunu öz zövqünə görə çox radikal hesab etdiyindən daha mülayim olan Polşa Qadın Hüquqları Assosiasiyasını təsis edib. O, Polşada keçirilən hər dörd qadın qurultayında (1905, 1907, 1917 və 1938) iştirak edib və müstəqilliyini yenicə qazanmış Polşada, Polşalı Qadınların Hüquq Bərabərliyi Mərkəzi Komitəsinin sədri olub.Sikorska-Kulesza, p. 324Helena Więckowska: Męczkowska z Oppmanów Teodora Maria (1870 -1954), w: Polski Słownik Biograficzny, t. 20, Wrocław–Warszawa–Kraków–Gdańsk 1975, s. 503
İstinadlar