Antonov An-148 — Ukraynanın regional, orta mənzilli, dar gövdəli sərnişin təyyarəsi.

Təyyarə Antonov Konstruktor Bürosunda hazırlanmışdır. 4400 kilometrə qədər məsafəyə 83 sərnişin daşımaq üçün nəzərdə tutulub.

O, Rusiyanın VASO zavodunda və Ukraynanın Antonov zavodunda istehsal olunub.

1990-cı illərin əvvəllərində uzun məsafəli marşrutlarda nisbətən az sayda sərnişin daşıya bilən təyyarəyə ehtiyac duyuldu. Bazar araşdırmaları Tu-134 təyyarəsinin tutumuna malik, lakin daha geniş mənzilli təyyarəyə ehtiyac olduğunu təsdiqlədi. Üstəlik, yeni təyyarənin daha yüngül olması lazım idi. Bundan əlavə Tu-134 müasir səs-küy və emissiya standartlarına uyğun gəlmədiyi üçün artıq dəyişdirilməyə ehtiyac duyurdu. // Наука и техника. № 8 (99). Август 2014, стр. 44

70–80 yerlik yeni təyyarə axtarışında, gövdəni uzatmaq, qanadını təkmilləşdirmək və daha güclü mühərriklər quraşdırmaqla An-140 turbovintli mühərrikin hazırlanması nəzərdən keçirildi. Daha uzun An-140 gövdəsinə reaktiv mühərriklərin quraşdırılması variantı da nəzərdən keçirildi. Reaktiv mühərriklər sərnişinlər üçün daha rahatdır, daha yüksək sürət və daha aşağı səs-küy və vibrasiya təklif edir. Turbovintli mühərrikin səmərəliliyi ilə reaktiv təyyarənin rahatlığı arasında seçim edərkən sonuncu seçildi. An-140-a əlavə olaraq, An-74TK-300 də yeni təyyarə üçün platforma kimi nəzərdən keçirildi.

2021-ci il məlumatına görə etibarilə 29 təyyarə istismardadır.

İstinadlar

Xarici keçidlər

Antonov An-148 page on the Antonov website Antonov An-158 page on the Antonov website Promotional video of the An-148 by Antonov 3D-model Antonov ASTC. An-148 twin jet airliner for the ″3D Buildings″ layer inside Google Earth 3D-model An-148 jet aircraft take off, Kyiv for the ″3D Buildings″ layer inside Google Earth Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Antonov təyyarələri