Dabık əməliyyatı — Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu (ASO) fraksiyaları və müttəfiq silahlı qruplar tərəfindən "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsi çərçivəsində həyata keçirilmiş hərbi hücum əməliyyatı. Əməliyyatın əsas məqsədi Hələbin şimalında yerləşən Dabık şəhərini İslam Dövlətindən (İD) ələ keçirmək olmuşdur. Hücum sentyabr ayında başlamış və 16 oktyabr 2016-cı ildə Dabıkın Türkiyə və ASO ilə müttəfiq qüvvələr tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdir.

Zəmin Əməliyyat ərəfəsində İD Dabıkı təxminən 800 döyüşçü ilə möhkəmləndirmişdir. Dabıkda mümkün məğlubiyyət təşkilat üçün ideoloji baxımdan əhəmiyyətli hesab olunurdu, çünki bu məntəqə İD-in dini təfsirində mərkəzi yer tuturdu. Təşkilatın təbliğatında Dabıkda müsəlman qüvvələri ilə "kafir" xristian qüvvələri arasında baş verəcək döyüşün qiyamətin başlanğıcını xəbər verəcəyi irəli sürülmüşdür. Türkiyənin Suriyaya hərbi müdaxiləsinin başlanğıcı həmçinin Osmanlı imperiyasının I Səlimin (hakimiyyəti: 1512–1520-ci illər) rəhbərliyi ilə 1516-cı ildə Mərcidabık döyüşündə qələbə qazanaraq Hələbin şimalına daxil olmasının və Şimali Suriyanın böyük hissəsini fəth etməsinin 500 illiyi ilə üst-üstə düşmüşdür.

Əməliyyat 28 sentyabr tarixində Türkiyə ordusu Hələb mühafəzəsinin İhtəmlat və Uveysiyyə bölgələrində İD-ə məxsus komanda məntəqəsinin, silah anbarının və sursat deposunun məhv edildiyini, ümumilikdə 82 hədəfin artilleriya atəşi ilə vurulduğunu bildirmişdir. Eyni zamanda, müxalif qüvvələr Ər-Rəydə Əl-Əyyubiyyə yaşayış məhəlləsini yenidən nəzarətə götürmüş, İD isə müvəqqəti olaraq Təl-ər bölgəsini geri almışdır, lakin sonradan bu ərazi yenidən üsyançı və Türkiyə qüvvələrinin nəzarətinə keçmiş, əlavə olaraq Ziyadiyyə də ələ keçirilmişdir.

29 sentyabr–2 oktyabr tarixləri arasında müxalif qüvvələr İD-dən daha yeddi kəndi ələ keçirmiş və Dabık istiqamətində irəliləməyə başlamışdır. Bu mərhələdə ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin bölmələrinin də irəliləyən qüvvələr arasında olduğu bildirilmişdir. Həmin vaxtadək Türkiyə və müxalif qüvvələr Dabiqdən təxminən üç kilometr məsafəyə qədər yaxınlaşmışdır.

3 oktyabr tarixində Dabıka doğru irəliləyən müxalif qüvvələr Türkmanbarı kəndi yaxınlığında yüzlərlə mina ilə qarşılaşmışdır. Nəticədə 15–21 arası üsyançı həlak olmuş, 29–35 nəfər yaralanmışdır. 4–5 oktyabr tarixlərində müxalif qüvvələr Türkmanbarını və daha beş kəndi, o cümlədən Axtarinin şərqində yerləşən üç yaşayış məntəqəsini ələ keçirmişdir. Eyni vaxtda Türkiyə hərbi təyyarələrinin Əxtərin və əl-Qübtən yaxınlığında həyata keçirdiyi hava zərbələri nəticəsində İD-in regional komandirlərindən birinin öldürüldüyü bildirilmişdir.Turkey strikes Daesh targets in Syria Anadolu Agency (5 October 2016)

Əxtərin şəhəri 6 oktyabr tarixində müxalif qüvvələr tərəfindən ələ keçirilmişdir.Turkish-backed rebels capture important town from ISIS in northern Aleppo Al-Masdar News (6 October 2016) İki gün sonra İD-in əks-hücumu nəticəsində şəhər və Türkmanbarı daxil olmaqla dörd kənd qısa müddətə yenidən təşkilatın nəzarətinə keçmiş, lakin sonradan hücumun qarşısı alınmışdır. Türkiyə ordusu 8–9 oktyabr tarixlərində baş vermiş toqquşmalar və hava zərbələri nəticəsində 38 İD döyüşçüsünün öldürüldüyünü bildirmişdir.

9–11 oktyabr tarixlərində müxalif qüvvələr İD-dən daha 17 kəndi ələ keçirmiş və Dabıka iki yarım kilometr məsafəyə qədər yaxınlaşmışdır. Döyüşlər zamanı 30 üsyançı və 20 İD döyüşçüsü həlak olmuşdur, lakin 11 oktyabr tarixində İD-in əks-hücumu nəticəsində iki kənd yenidən itirilmişdir. Türkiyə ordusu toqquşmalar zamanı 98 İD hədəfinin məhv edildiyini bildirmişdir. Eyni zamanda, yerli fəallar və şahidlər müxalif qüvvələr və Türkiyə ordusu tərəfindən İD-in nəzarətində olan Duvəybık kəndinin atəşə tutulması nəticəsində azı 10 mülki şəxsin həlak olduğunu, çox sayda insanın yaralandığını bildirmişdir.

12 oktyabr tarixində müxalif qüvvələr Duveybiqi ələ keçirmiş, həmçinin əvvəlki gün itirilmiş kəndlərdən birini geri qaytarmışdır. Türkiyə ordusu 11–13 oktyabr tarixləri arasında 109 silahlının öldürüldüyünü və 77 İD hədəfinin məhv edildiyini, toqquşmalar zamanı isə 10 üsyançının həlak olduğunu və azı 22 nəfərin yaralandığını açıqlamışdır.

15 oktyabr tarixində müxalif qüvvələr daha üç kəndi ələ keçirmiş və Dabık, demək olar ki, tam mühasirəyə alınmışdır. Növbəti gün Dabık şəhəri, yaxınlıqdakı Sövran qəsəbəsi və daha yeddi kənd müxalif qüvvələrin nəzarətinə keçmişdir.

İstinadlar

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2016-cı ildə Suriya Kateqoriya:Hələb mühafəzəsi Kateqoriya:Türkiyə Silahlı Qüvvələri əməliyyatları