Frane Buliç (xorvatca: Frane Bulić; 4 oktyabr 1846, Vranjiç – 29 iyul 1934, Zaqreb) — xorvat arxeoloqu, tarixçi və ruhanisi idi.
Haqqında Frane Buliç Vranjiçdə (indi Solinin bir hissəsidir) anadan olub və Zadarda ilahiyyat, daha sonra isə Vyanada klassik filologiya və arxeologiya üzrə təhsil alıb. O, Split Arxeoloji Muzeyinin kuratoru olub və bütün Dalmatiya ərazisində mədəni və tarixi antik əşyaların qorunması ona həvalə edilib. O, Dalmatiyada qədim Xorvatiya və klassik abidələri, o cümlədən qədim Roma şəhəri Salona xarabalıqları üzərində arxeoloji tədqiqatlar aparmağa başlamışdır. Roma və orta əsr antik əşyalar üzrə aparıcı mütəxəssis idi. O, həmçinin siyasi cəhətdən də fəal idi. Dalmatiya parlamentində Split qraflığının nümayəndəsi və Vyanadakı İmperator Şurasında Dalmatiyanın nümayəndəsi seçilmişdir.
1926-cı ildə Frane Buliçə Zaqrebin Fəxri Vətəndaşı adı verilmişdir..
Vəfatı Frane Buliç 1934-cü ildə Zaqrebdə vəfat etdi.
İstinadlar
Kateqoriya:Xristianlıq