Vud Pirtl (; ) — Amerikalı rəssam, qrafik dizayner, "Pirtle Design" şirkətinin təsisçisi və rəhbəri. O, Pentagram dizayn firmasının keçmiş tərəfdaşı olub. O, 2002-ci ildə Amnesty International tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12 maddəsinə yönəlmiş bir sıra posterlər hazırlamaq üçün sifariş alması ilə məşhurdur.
Həyatı Vud Pirtl Texas ştatının Korsikana şəhərində anadan olmuşdur. O, Texas Universitetində təhsil almış və burada sənət və dizayn sahəsində biliklər əldə etmişdir. Təhsil illərində onun dizayna olan marağı daha da artmış və o, qrafik dizayn sahəsində ixtisaslaşmağa qərar vermişdir.
Vud Pirtl dizayn karyerasına müxtəlif agentliklərdə başlamış, lakin öz fərdi üslubunu yaratmaq məqsədilə 1978-ci ildə Texasda "Pirtle Design" studiyasını təsis etmişdir. Burada o, müxtəlif tanınmış brendlər üçün yaradıcı və yenilikçi dizayn həlləri təqdim etmişdir.
1988-ci ildə Pirtl dünyanın ən nüfuzlu dizayn agentliklərindən biri olan "Pentagram"a qoşulmuşdur. Burada o, böyük miqyaslı korporativ identifikasiya və brendinq layihələrində iştirak etmişdir. "Pentagram"da çalışdığı müddətdə Forbes, IBM, Prinston Universiteti və Dallas İncəsənət Muzeyi kimi böyük müştərilər üçün dizaynlar hazırlamışdır.
Vud Pirtl 2002-ci ildə Amnesty Internationalın sifarişi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12 maddəsinə həsr olumuş posterlər hazırlayıb.
İstinadlar
Xarici keçidlər