Ömər Munis Yəği (; ) — Fələstin əsilli ABŞ kimyaçısı, 2025-ci ildə kimya üzrə Nobel mükafatı laureatı.

Dünyada ən çox istinad edilən kimyaçılardan biridir. 2000-2010-cu illər dövrü üçün ən çox istinad edilən ikinci kimyaçıdır.

Bioqrafiya Ammanda fələstinli qaçqın ailəsində anadan olub, 16 yaşında kollecdə oxumaq üçün ABŞ-yə köçüb. Olbanidəki Nyu-York Dövlət Universitetini bitirmişdir (1985). 1990-cı ildə Urbana-Şampeyndəki İllinoys Universitetində qeyri-üzvi kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (elmi rəhbəri professor Valter Klemperer). 1990-1992-ci illərdə Harvard Universitetində professor Riçard Holmun yanında postdoktorluq oxumuşdur. 1992-1998-ci illərdə Arizona Dövlət Universitetində, 1999-2006-cı illərdə Miçiqan Universitetində və 2007-2011-ci illərdə Los-Ancelesdəki Kaliforniya Universitetində postdoktor elmi işçisi olub.

Hal-hazırda Berkli Kaliforniya Universitetində kimya professoru (James və Neeltje Tretter kafedrasının professoru) və Lourens Berkli Milli Laboratoriyasında baş elmi işçidir. Berkli Qlobal Elm İnstitutunun təsisçi direktoru və Kavli Energy NanoScience Institute və California Research Alliance-ın həm-direktorudur.

2021-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığını almışdır.

250-dən çox elmi məqalənin müəllifidir.

Əsərləri əsasən metal-üzvi kimyaya həsr olunub.

İstinadlar

Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:ABŞ kimyaçıları Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:Urbana-Şampeyn İllinoys Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Arizona Ştat Universitetinin müəllimləri Kateqoriya:Miçiqan Universitetinin müəllimləri Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Ammanda doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1965-ci ildə doğulanlar Kateqoriya:9 fevralda doğulanlar