Ya Məhəmməd () — islam peyğəmbəri Məhəmmədə müraciət və ya onu yad etmək məqsədilə işlədilən ərəbcə ifadə.

Tərifi

Bu ifadə "Ey Məhəmməd" mənasını verir. Buradakı "" sözü müraciət halını bildirir və bir şəxsi birbaşa çağırmaq üçün işlədilir. Bu ön şəkilçi ərəbdilli insanlar tərəfindən şəxsi adlardan əvvəl geniş istifadə olunur.

İstifadəsi

"Ya Məhəmməd" ifadəsi peyğəmbərin, onun ailəsinin, səhabələrinin və ya hörmətli dini şəxslərin şəfaətini istəmək məqsədilə işlədilir. Onun istifadəsi həm şiə, həm də sünni, o cümlədən sufi müsəlmanları arasında geniş yayılmışdır "" müraciət şəkilçisi "Ya Allah" şəklində istifadə olunduqda Allahdan kömək istəmək mənasını ifadə edir.

Məhərrəm ayında keçirilən matəm mərasimləri zamanı şiələr tərəfindən "Ya Hüseyn", "Ya Əli" və "Ya Rəsul Allah" (, ) kimi şüarların səsləndirilməsi geniş yayılmışdır. Belə hallarda bu ifadələr həmrəyliyin və mənəvi dəstəyin göstəricisidir.

İstinadlar

Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam terminləri Kateqoriya:Məhəmməd