thumb|200px|Azərfon şirkətinin logosu|right

Azerfon — şirkət Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilmişdir. Azerfon şirkəti 2007-ci ilin mart ayında qeydiyyatdan keçmiş ticarət nişanı olan "Nar Mobile" brendi ilə kommersiya fəaliyyətinə başlamışdır. Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi 2009-cu ildə imzalanmışdır.Azerfon and Vodafone Sign Strategic Partnership Azərbaycanda ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlamış, və yeni Azerfon-Vodafone brendini təqdim etmişdir.

Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 2 milyona yaxın abunəçi istifadə edir. Təqdim edilən ticarət nişanları Azərbaycan telekommunikasiya texnologiyaları sahəsinin inkişafında özünəməxsus rolu olan və ölkədə mobil texnologiyalarının son nailiyyətlərinin tətbiq edən ticarət nişanı kimi tanınırlar.

Mükafatları Azerfon İlin Mobil Operatoru elan edildi. Azerfon MMC Caspian Integration Award Beynəlxalq mükafatının qalibi elan edildi. Azerfon MMC-nin əməkdaşı "Tərəqqi" medalı ilə təltif olundu: 23 yanvar 2010-cu il tarixində Rabitə və İnformasiya Nazirliyində informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılma mərasimi keçirildi. Təltif olunanların arasında Azerfon MMC-in əməkdaşı - database üzrə baş administratoru - Teymur Hacıyev də var idi. Azərbaycanın Biznes sahəsində göstərdiyi yüksək nəticələrə əsasən, AZERFON MMC diplomla təltif olundu. Nar Mobile Mətbuat xidməti "İlin ən yaxşı PR-xidməti" elan olundu! 79 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidmətinin iştirak etdiyi müsabiqədə Nar Mobile mətbuat xidməti biznes sahəsinin ən yaxşı PR xidməti seçildi. AZERFON MMC (Nar Mobile ticarət nişanı) telekommunikasiya sahəsində ilin ən yaxşı şirkəti elan edildi. AZERFON MMC "İlin İKT şirkəti" və "İlin Brendi" nominasıyalarında qalib elan edildi! 15 Dekabr 2007-ci il tarixində "Layihələrin İdarəedilməsi Azərbaycan Assosiasıyası" və "İTMagazine" jurnalının təsis etdikləri İNTELLEKT müsabiqəsində Nar Mobile "İlin İKT şirkəti" və "İlin brendi" nominasiyalarında qalib seçildi. "Bakutel-2007" Beynəlxalq Telokommunikasiya sərgisinin iştirakçısı olan AZERFON MMC (Nar Mobile ticarət nişanı) şirkəti "Ən yaxşı korporativ stil" nominasiyasında qalib elan olundu! Azerfon MMC (Nar Mobile ticarət nişanı) məhsulu olan "Mən və Nar Mobile" 169 dövlətin iştirak etdiyi Beynəlxalq World Summit Award 2007 müsabiqəsinin milli mərhələsində ilin "E-Business" nominasiyası üzrə qalib seçildi.

Xidmətləri Zəng xidmətləri SMS xidmətləri Bulk SMS İnternet xidmətləri Dinlət xidmətləri Nar 3G+ Ödəniş

İstinadlar

Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Dekabrda yarananlar Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan telekommunikasiya şirkətləri