Nazpəri Əhmədəli qızı Dostəliyeva () — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli, 3045 nömrəli Sərəncamı
Həyatı Nəzpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Bakıda doğulub.
2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.
Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.
1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb.
Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib.
1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir.
2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülmüşdür.
Ailəli olub. Müğənninin həmin evlilikdən iki oğlu var.
Videoqrafiya +SayKlip01Heyf O Sevgiyə02Belə Ayrılmayaydıq03Nə Olar Allahım Ayırma Bizi 04Bağışla, Ana 05Mənim Göz Yaşımı Görməyəcəksən 06Payız Axşamı 07Dilbərim08Dəniz 09Dəniz 10Ağarma Saçlarım (duet Aşıq Zülfiyyə) 11Gecikmiş Məhəbbət 12Əlvida 13Hardasan 14Yarpaqlar Titrəsə 15Dayanın, İnsanlar (Stop People) 16Sənli-Sənsiz Günlərim 17Qəlbim Bir Dənizdir 18Sarışınım19Sevgi Qarğışı 20Yağış 21Getdi Yar (duet Next)22Sehir23Dur Gedək24Tanrıma Əl Açıram 25Çinar 26Vüsal Günü 27Dözmədim Sənsizliyə (duet Eltəkin Səfərəliyev)28Azərbaycanım29Qələbə Paradı (duet Samir Cəfərov)30Tanrı Qorusun (duet Eldar)31Lay-Lay 32Sən Gedəndən 33Al Yarim 34Dəli Küləklər (duet Rövşən Məmmədov)35Sehir
Filmoqrafiya Qağayı (film, 2012)
İstinadlar
http://news.day.az/radioarchive/322298.html http://milli.az/news/radio/103806.html
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakıda doğulanlar