– Yaponiya nəşriyyatı. Əsasən manqa nəşri ilə məşğul olur.
Tarixi "Akita Shoten" nəşriyyatı Teyo Akita tərəfindən 10 avqust 1948-ci ildə qurulmuşdur. Nəşriyyatın baş qərargahı 1973-cü ildə hazırda yerləşdiyi məkana köçürülmüşdür. 1998-ci ilin iyulunda Akita Kitab Mərkəzinin tikintisi tamamlanmışdır.
Nəşriyyat 2016-cı ildə jurnallarının rəqəmsal versiyalarını yayımlamağa başlamışdır. 2023-cü ildə "Akita Shoten" nəşriyyatının ilk tam rəngli və aşağı sürüşdürülərək oxunan vebtun xidməti olan "J-Toon" istifadəyə verilmişdir.
Fəaliyyət Nəşriyyatın əsas fəaliyyəti manqa ilə bağlıdır. Nəşriyyat manqa jurnalları, uşaq kitabları və komiks nəşri ilə məşğul olur.
Manqa jurnalları Nəşriyyat tərəfindən nəşr olunan manqa jurnalları: "Bōken Ō" (1949–1983), "Weekly Shōnen Champion" (1969-cu ildən), "Monthly Shōnen Champion" (1970-ci ildən), "Princess" (1974-cü ildən), "For Mrs." (1986-cı ildən), "Suspiria" (1987–2012) "Young Champion" (1988-ci ildən), "Mystery Bonita" (1988-ci ildən) "Champion Red" (2002-ci ildən).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tokio kitab nəşriyyatları Kateqoriya:Tokio komiks nəşriyyatları Kateqoriya:Çiyoda Kateqoriya:Manqa distribütorları Kateqoriya:Tokio jurnal nəşriyyatları