Siqma Boy () — rusiyalı bloggerlər 11 yaşlı Betsy və 12 yaşlı Mariya Yankovskayanın 4 oktyabr 2024-cü ildə Rhymes Music rekord leybl musiqi şirkətində sinql olaraq buraxılmış mahnısı. TikTok-da viral olan və Spotify, YouTube, Shazam, Apple Music və iTunes-da ön sıralarda olmuş mahnıdır. Mahnı Spotify-da o, "Viral 50 qlobal cədvəli"nə liderlik edib.

Tarixi və buraxılması Mahnı 4 oktyabr 2024-cü ildə Rhymes Music musiqi şirkəti tərəfindən buraxılmışdır. Mahnı Spotify və YouTube musiqi trendlərinə daxil olaraq TikTok-da viral populyarlığı sayəsində bütün dünyada məşhurlaşıb. Spotifyda bir müddət dünya üzrə "Viral 50 qlobal" cədvəlinə liderlik edib.

Mahnını Betsinin atası, bəstəkar Mixail Çertişev və rok ifaçısı Mukka ilə birgə yazıb.

Betsi bir neçə ildir ki, mahnılar yazdırır. Onun "Simple Dimple Pop It Squish" mahnısı Asiyada məşhurdur. Mariya Yankovskaya bloggerdir, həmçinin Rusiyanın uşaq telekanalı STS Kids-in daimi aparıcısıdır. 19 oktyabr 2024-cü ildə Betsi və Mariya Yankovskaya Super Trend nominasiyasında CTC Kids SuperLikeShow mükafatı laureatı olublar. Onlar mükafatlandırma mərasimində səhnədə "Siqma Boy" mahnısını da ifa ediblər.

Musiqi çartları Çart (2024–2025)Mövqeyi (Sverigetopplistan) 89 (US Hot Dance/Pop Songs (Billboard) 7

Rəylər Avropa Parlamentində keçirilən debatlar zamanı Avropa Parlamentinin almaniyalı deputatı Nela Riel qeyd edib ki, yeniyetmələr arasında populyar olan "Siqma Boy" mahnısı "dünyada patriarxal və rusiyayönlü baxışları təbliğ edir". O, həmçinin bildirib ki, Avropa İttifaqı "hətta bu incə sızmalara" belə son qoymalıdır.В Европарламенте предложили запретить российскую песню "Сигма бой"

Mahnının qadağan edilməsi təşəbbüsünü, məktəbli qızların dəyərlərinə təhlükə olduğu səbəbi ilə Soroka Sorokovanın pravoslav fəallar irəli sürüblər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Siqma Boy" mahnısını təbliğatda ittiham edərək, Rusiyanın bu mahnıdan "yumşaq güc" vasitəsi kimi istifadə etdiyini bildirib.

2025-ci ilin fevralında Rusiyada "Vətən Müdafiəçisi Günü" ərəfəsində bu mahnı Moskva Hərbi Xorunun ordu üslubunda yenidən ifa edilmişdir.

İstinadlar

Xarici keçidlər "Sigma Boy" (official audio) on YouTube

Kateqoriya:2024-cü ilin sinqlları Kateqoriya:Rusiya mahnıları Kateqoriya:Debüt sinqlları Kateqoriya:2024-cü ildə Rusiyada yarananlar