thumb|155px|right|Proqramın təsisçisi Ceyms Fulbrayt
Fulbrayt proqramı (), Fulbrayt — Heys proqramı da daxildir () — 1946-cı ildə əsası qoyulmuş, keçmiş Arkanzas senatoru Ceyms Uilyam Fulbrayt tərəfindən irəli sürülən və Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, Birləşmiş Ştatlar və digər ölkələrin vətəndaşları arasında mədəni və akademik əlaqələri gücləndirmək üçün təhsil qrantı proqramıdır.
ABŞ hökuməti tərəfindən maliyyələşdirilən ən böyük beynəlxalq təhsil mübadilə proqramı olan Fulbrayt Proqramı Birləşmiş Ştatlar və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün yaradılmışdır. Bu məqsədə nail olmaq üçün Fulbrayt Proqramı öz elmi potensialı və liderliyi ilə seçilən 300 000-dən çox iştirakçıya digər ölkələrdəki siyasi, iqtisadi və mədəni təşkilatların işləri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və dünya xalqlarının ümumi mənafeyi naminə birgə layihələrə başlamaq. Fulbrayt Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən idarə olunur. Proqramın başlanğıcından bəri 46,800 xarici alim ABŞ universitetlərində tədqiqat aparıb və ya dərs deyib və 45,200-dən çox ABŞ alimi xaricdə oxşar fəaliyyətlər həyata keçirib. Hər il Fulbrayt Proqramı digər ölkələrdən ABŞ-yə gələn alimlərə təxminən 800 qrant verir. Fulbrayt Proqramı hazırda dünyanın 155 ölkəsində fəaliyyət göstərir.
Fulbrayt Proqramının əsas maliyyə mənbəyi ABŞ Konqresinin Dövlət Departamentinə ayırdığı illik vəsaitdir. Xarici ölkələrdə və ABŞ-də iştirak edən hökumətlər və ev sahibliyi edən universitetlər də ya xərcləri bölüşdürməklə, ya da dolayısı ilə müəllimlərin maaşlarının artırılması, təhsil haqqının ödənilməsi və ya universitetdə mənzillə təmin olunmaqla proqrama maliyyə yardımı göstərirlər.
İstinadlar
Xarici keçidlər U.S. Department of State Fulbright Website, the program's sponsor Fulbright–Hays information, U.S. Department of Education Fulbright Scholar Program, grants for university and college faculty, administrators and professionals Fulbright Teacher Exchange Programs, K–12 Teacher Exchange Fulbright Foreign Student Program in USA US Bureau of Educational & Cultural Affairs: International Exchange Alumni Fulbright Scholar Directory US Student Program
Kateqoriya:ABŞ mədəniyyəti Kateqoriya:Hökumət proqramları Kateqoriya:ABŞ-də təhsil