Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi;Azərbaycan klassik ədəbiyyatından seçmələr. 3 cilddə. I cildː VII-XII əsrlər Azərbaycan şeiri. Bakıː Şərq-Qərb, 2005, s. 22 Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı.Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.90-91
Haqqında Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.
İsfahani "Əɬ-Əğani kitabında yazırː İbn Əl-Kələbi onun ləqəbi barədə belə yazırː
Həmin şeirdə belə qeyd olunurduː Onun həyatı ilə bağlı o qədər də geniş məlumat yoxdur. Hicri tarixi ilə 110-cu ildə, miladi təqviminə əsasən 728/729-cu ildə vəfat etmişdir.Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.89
Yaradıcılığı Yaradıcılığında sosial satira güclüdür, rüşvətxor qaziləri və zülmkar valiləri, Əməvi xəlifəsi Yəzidi həcv etmişdir. Didaktik şeirlərində yüksək insani keyfiyyətlər tərənnüm olunur. Ərəb dilində yazdığı əsərlərin bir hissəsi dövrümüzədək gəlib çıxmışdır. Lirik şeirlər də yazmışdır.
Həmçinin bax
İsmayıl ibn Yəsar
İstinadlar
Xarici keçidlər