Priçard Kolon Melendez () — Puerto-Rikolu keçmiş peşəkar boksçu, fəxri WBC Dünya Çempionu. 2010-cu ildə Pan Amerika Gənclər Çempionatında 64 kq (141 funt) kateqoriyasında qızıl medal qazanmışdır. 2015-ci ildə Terrel Villiams ilə matçdan sonra Kolon soyunub-geyinmə otağında yıxılıb və beyin qanaxması səbəbindən 221 gün komada qalıb. O, çox zaman ayıq olsa da, davamlı vegetativ vəziyyətdə idi. Terrel Villiams ilə döyüş zamanı başının arxasından dəfələrlə qadağan olunmuş zərbələrə məruz qalmışdı. O, 13 avqust 2026-cı ilə qədər ayıq idi və fizioterapiya alırdı. O, motorlu əlil arabası və rabitə qurğusundan istifadə edirdi.
Həyatı Priçard Kolon Florida ştatının Meytlend şəhərində anadan olub. Onun valideynləri Riçard və Nieves Kolondur. 10 yaşında atası Puerto-Rikoya köçmək qərarına gəlib, buna görə Kolon adanı yarışlarda təmsil edə bilib. O, kiçik bacısı ilə birlikdə oraya köçüb, anası və böyük qardaşı isə Floridada qaldı. Ailə Puerto-Rikonun Orokovis şəhərində məskunlaşıb.
Kolon karyerasına Puerto Rikonun Salinas şəhərinin Alberqe Olimpiko idman mərkəzində başlayıb. Məktəbi bitirdikdən sonra San Xuan şəhərində Müqəddəs Qəlb Universitetində () Biznesin idarəedilməsi ixtisası üzrə təhsil almağa başladı.
Karyerası Kolon peşəkar debütünü 23 fevral 2013-cü ildə edib. Onun ilk döyüşü Puerto Rikonun Katano şəhərində Kosme Beitia Salamo Kolizey idman arenasında Xavier La Salleyə qarşı olmuşdu. Kolon La Salleni birinci raundda nokaut etmişdi. O, 2013-cü ildə beş dəfə və 2014-cü ildə 7 dəfə döyüşdü. Onun ən məşhur döyüşü 9 sentyabr 2015-ci ildə özündən təcrübəli olan Vivian Harrislə oldu. Döyüş Torontoda Rikoh Kolizeyində baş tutdu və Priçard rəqibini dördüncü raundda nokaut etdi.
17 oktyabr 2015-ci ildə Kolonun Virciniya ştatının Fairfaks şəhərində EagleBank Arenada Terrel Vilyamsla döyüşməsi nəzərdə tutulmuşdu. Bu döyüş əvvəlcə proqrama daxil edilməmişdi, amma Andre Dirrel Bleyk Kaparello ilə döyüşdən səhhətinə görə çəkildiyi üçün sonradan əlavə edildi. Döyüş Kolonun Vivian Harrislə sonuncu qarşıdurmasından bir ay sonra baş tutmuşdu.
Beyin travması Kolon və Villiams doqquz raund döyüşdü, ilk beş raundda Kolon rəqibindən üstün idi. Döyüş vaxtı Villiams dəfələrlə Kolonun başının arxasına qadağan olunmuş zərbələr vururdu. Kolon bu barədə hakimə bildirmişdi. Kolon Villiamsa bədəninin aşağı hissəsinə qadağan edilmiş zərbə vurduğuna görə 2 xalla cəzalandırılmışdı. Ardıcıl qadağan olunmuş zərbələrdən sonra Kolon peşəkar karyerasında ilk dəfə bu döyüşün doqquzuncu raundunda yerə yıxıldı. Raundlar arası fasilələrdə Kolon həkiminə başının gicəlləndiyini, amma davam edə biləcəyini söyləmişdi. Rinq həkimi Riçard Aşbi də Kolonun döyüşü davam etdirə biləcəyini bildirmişdi. Kolon doqquzuncu raunddan sonra onun komandasının səhvən döyüşün sonu olduğunu düşünüb onun əlcəklərini çıxartdıqları üçün döyüşdən diskvalifikasiya edildi. Kolonun komandası onun özündə olmadığını və başgicəllənməsi hiss etdiyini bildirdi. Kolon anasının köməyi ilə geyinib-soyunma otağına getdi, ondan sonra qusub və qaytarıb. Oradan Kolonu təcili yardım maşını ilə xəstəxanaya apardılar və ona sol tərəfli subdural hematoma diaqnozu qoyuldu. Beyin şişkinliyini azaltmaq və hematomadan azad olmaq üçün üçün təcili olaraq kraniotomiya edildi. Nəticə olaraq Kolon 221 gün komada qaldı.
Kolon bir neçə həftə Virciniyadakı İnova Fairfax Xəstəxanasında müalicə olundu, lakin sonda Corciya ştatının Atlanta şəhərindəki Şepherd Mərkəzinə köçürüldü. O, xəstəxanadan Florida ştatının Orlando şəhərinə, anasının evinə köçürüldü. 2017-ci ilin aprel ayından etibarən Kolon davamlı vegetativ vəziyyətdə qalıb.
2017-ci ildə Priçard Kolonun valideynləri rinq kənarındakı həkimdən və promouterlərdən 50 milyon dollardan çox təzminat tələb etmək üçün məhkəməyə müraciət etdilər. Məhkəmə iddiası 2019-cu ilə qədər hələ həll edilməmişdi və Kolonun anası Nives Kolon heç vaxt həll olunmayacağına düşünürdü.
Villiams 2017-ci ilin sentyabrında verdiyi müsahibədə Kolonun zədəsindəki rolunu ilə bağlı bu fikirləri qeyd edib: "Mən hər gün Priçard üçün dua edirəm. Bu, heç vaxt dəyişməyəcək. Ona sadəcə hüzur və sağlamlıq arzulayıram. Heç kim Priçardın başına gələnlərin kiminsə başına gəlməsini istəmir. Bütün boksçular qardaşdırlar". Villiams karyerasından daha çox həmin döyüşdəki etdiyi ilə tanınır.
2018-ci ilin iyul ayında Kolonun anası Facebook hesabında Kolonun bir videosunu paylaşdı, videoda onun fizioterapiya aldığı və şifahi əmrlərə cavab verdiyi görülürdü. Anası həmçinin Priçardın kompüter vasitəsilə ünsiyyət qurmağı öyrəndiyini bildirmişdi.
2023-cü ildə ailəsi, xüsusən də anası Nives Kolonun reabilitasiya prosesində onunla birlikdə iştirak etməyə davam edirdi. Kolonun danışığı hələ də bərpa olunmamışdı.
Vəfatı Priçard Kolon 13 avqust 2026-cı ildə Orlando şəhərindəki evində vəfat edib.
Peşəkar boks nəticələri Mənbə: Peşəkar nəticələr17 döyüş16 qələbə1 məğlubiyyətNokautla130Hakim qərarı ilə30Diskvalifikasiya ilə01 NəticəRekordRəqibNövRaund, vaxtTarixMəkanQeydlər17 Məğlubiyyət16–1 Terrel VilliamsDQ9 (10), 17 oktyabr 2015 16Qələbə16–0 Vivian HarrisKO4 (6), 11 sentyabr 2015 15Qələbə15–0 Maykl FinniTKO21 avqust 14Qələbə14–0 Daniel KalzadaTKO11 aprel 2015 13Qələbə13–0 Hektor MunozUD31 yanvar 2015 12Qələbə12–0 Kristofer DeqolladoUD11 sentyabr 2014 11Qələbə11–0 Lenvud DozierUD9 avqust 2014 10Qələbə10–0 Karlos Qarsiya HernandezTKO19 iyun 2014 9Qələbə9–0 Xavyer QarsiyaTKO28 aprel 2014 8Qələbə8–0 Şad HovardTKO15 mart 2014 7Qələbə7–0 José Vidal SotoTKO25 yanvar 2014 6Qələbə6–0 Viktor MoyaTKO29 yanvar 2014 5Qələbə5–0 Conatan QarsiyaRTD21 dekabr 2013 4Qələbə4–0 Xuan Ramon SantosTKO7 dekabr 2013 3Qələbə3–0 Jorge BurqosTKO9 noyabr 2013 2Qələbə2–0 Patrik TomasTKO23 mart 2013 1Qələbə1–0 Xavier LazalleKO23 fevral 2013
İstinadlar
Kateqoriya:ABŞ boksçuları