Natrium-hidrokarbonat (Natrium-bikarbonat, İçməli soda, Çay sodası, Ərzaq sodası) - Karbonat turşusunun turş natrium duzudur. Kimyəvi formulu NaHCO3 kimidir. Ağ narın kristal maddədir. Spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatı istehsalında, əczaçılıqda, tibbdə işlədilir.

Fiziki-kimyəvi xassələri Ərzaq sodası 50oC-yə yaxın temperaturda karbon qazı (CO2) çıxarmağa başlayır. 100-150oC-də isə tamam parçalanaraq Na2CO3-ə çevrilir. Suda məhlulları zəif qələvi reaksiyalıdır. Dəriyə turşu düşdükdə turşu dəyən yerlər natrium-hidrokarbonat məhlulu ilə yuyulur.

Tibdə istifadəsi Natrium-hidrokarbonat insan orqanizmində turşuluğu azaltdığından (PH-ı artırdığından) bir çox xəstəliklərin (iltihabi xəstəliklər, xərçəng və s.) müalicəsində istifadə olunur.

Həmçinin bax Soda

Xarici keçidlər Canan Karatay: Hastalık savar sodyum bikarbonat!!! - youtube.com İstinadlar

Kateqoriya:Qabartma agentləri Kateqoriya:Natrium birləşmələri Kateqoriya:Tozlar Kateqoriya:Qida tozları Kateqoriya:Kimyəvi maddələr