Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yengicə kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır.
Tarixi
Coğrafiyası və ilqimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir.İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib . president.az, 22.09.2014
Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib. Bu kompleksin inşasına 2006-cı ildən başlanıb və 21 vannadan, 50 yerdən ibarət olan mərkəzdə insanlar nəinki şəfa tapır, həm də təbiətin qoynunda dincəlmək imkanı qazanır. Əlavə müayinə otaqları və 5 mərtəbəli 80 yerlik korpus da inşa olunub. Burada dəri, revmatik sümük və oynaq xəstəliklərinin müalicəsi aparılır. 50 nəfərin işlə təminatı yerli əhalinin məşğulluğunda önəmli hadisədir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri