Zirik — Azərbaycan Respublikasının Qəbələ rayonunun Zirik kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ilk əhali bura Dağıstanın Axtı rayonun Zırıx kəndindən gəlib yerləşib. Zirik–bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları qalır. Tarixi qədim Alban dövlətinə aid olduğu ona görə güman edilir ki, bu sözün mənası udi dilində "toyuqlu" deməkdir. İndiki Zirik isə Kov Murad dağının ətəyində salınan kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan, Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə seçiblər və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar.Şəlalə Məhyəddinqızı. "Qəbələ Qafqazın incisi" kitabından. (Bakı-2009) Digər tədqiqatçıların araşdırmalarına görə oykonim zirinc bitki adı ilə əlaqəlidir. Türk dillərində zirig/zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan kənd belə adlandırılmışdır.Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.299. Zirik kəndi əvvəllər Qəbələ rayonunun Dizaxlı kəndinin inzibati ərazi vahidində yerləşirdi. 15 aprel 2005-ci il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zirik kəndi Dizaxlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zirik kənd inzibati ərazi vahidi yaradıldı.Azərbaycan Respublikasının Milli Məclisinin qərarı

Toponimikası Alazan–Əyriçay çökəkliyindədir. Oykonimi zirinc bitki adı ilə əlaqələndirirlər. Türk dillərində zirik qızılağacın adıdır. Güman etmək olar ki, kəndin ərazisi qızılağacla zəngin olduğundan belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Zirik kəndi Alazan–Əyriçay çökəkliyindədir. Kənd Dizaxlı kəndi ilə birləşmişdir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1158 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər Qəbələ rayonu İnzibati Ərazi Vahidləri

İstinadlar

Kateqoriya:Qəbələ rayonunun kəndləri