Kateqoriya:Əsas mövzuların təsnifatı thumb|259x259px|E.ə. III əsr yunan riyaziyyatçısı Evklid (əlində pərgarla). Rafaelin Afina məktəbi freskasından fraqment (1509–1511) Riyaziyyat (ər. riyāzat — təlim, məşq) — ədədlər, düsturlar və əlaqəli strukturlar, fiqurlar və fəzalar, kəmiyyətlər və onların dəyişmələri kimi mövzuları əhatə edən formal elm.Ziegler, Günter M. (2011). "What Is Mathematics?" . An Invitation to Mathematics: From Competitions to Research. Springer. p. vii. ISBN 978-3-642-19532-7.
Riyaziyyatın anlayışları son dərəcə mücərrəddir, mühakimələri maksimal ciddidir və dəqiqdir, subyektiv fikirdən asılı deyildir.Bertrand Russell, in The Principles of Mathematics Volume 1 (pg 219), refers to "the principle of abstraction".The New American Encyclopedic Dictionary. Edited by Edward Thomas Roe, Le Roy Hooker, Thomas W. Handford. Pg 34 Bu xüsusiyyətlər müəyyən dərəcədə ixtiyari elmə də aiddir. Lakin mühakimə kifayət qədər yüksək səviyyədədirsə, o riyazi mühakimə adlandırılır. Buna görə bəzən deyilir: "Riyaziyyat sözün ən yüksək mənasında elmdir". O tədqiqat obyektlərinə görə digər elmlərdən fərqlənir. Fizika, biologiya və s. həqiqi aləmin obyektlərini öyrənir. Riyaziyyat isə lap əvvəldən ideallaşdırılmış və mücərrəd obyektlərlə işləyir və bir çox hallarda bunların həqiqi aləmdə düzgün analoqu yoxdur (məsələn, nöqtə, müstəvi, çoxölçülü fəza). Riyaziyyatda formallaşdırmadan istifadə olunur, yəni yığcam bilik xüsusi işarə və ya dillərin köməyi ilə təsvir olunur. Bu baxımdan riyaziyyat məntiq, kibernetika, nəzəri kompüter elmi, formal dilçilik və başqa formal elmlərlə bir qrupa daxil edilir.C. West Churchman (1940). Elements of Logic and Formal Science, J. B. Lippincott Co., New York. Riyaziyyatın bir xüsusiyyəti də özünü öyrənmə vasitələrinə malik olmasıdır; yəni riyazi üsulların özləri də riyazi üsullarla araşdırılır. Belə tədqiqatlar metariyaziyyatda aparılır.Betül Tanbay. Her kes için matematik.
Riyaziyyat təbiətdən təcridetmə yolu ilə alınan riyazi obyektləri və ya—müasir riyaziyyatda—aksiom adlanan xalis mücərrəd prinsiplərə əsaslanmış riyazi obyektlərin təsvirini və onlar üzərindəki əməlləri əhatə edir. Riyazi obyektlərin xassələri və onlar arasındakı münasibətlər teorem adlanan riyazi müddəalarla təsvir edilir. Teorem isbata ehtiyacı olan müddəadır və onun isbatı müəyyən ilkin əsaslara (çıxış nöqtələrinə) – əvvəlki aksiomlara; təriflərə və məlum olan başqa teoremlərə əsasən yerinə yetirilir. (at ResearchGate )
Riyaziyyat fundamental elmdir, onun metodları elm və texnikanın müxtəlif sahələrində geniş tətbiq olunur. Riyaziyyatın geniş miqyasda istifadəsi mühüm bir üstünlük verir: riyaziyyat bir çox hallarda müxtəlif mülahizələrin dəqiq və lakonik təsvirini verən universal dilə çevrilir. Hadisələrin modelləşdirilməsində riyaziyyatdan istifadə olunsa da onun "doğruları" heç bir elmi təcrübədən asılı deyil. Statistika və oyunlar nəzəriyyəsi kimi bəzi riyaziyyat sahələrinin inkişafı onların tətbiq imkanları ilə sıx əlaqədardır və bu sahələr çox vaxt tətbiqi riyaziyyat qrupuna daxil edilir. Digər sahələrin inkişafı hər hansı tətbiqdən asılı deyil, lakin bir çox hallarda xalis riyaziyyata aid edilən bu sahələr də praktikada tətbiq olunur.Peterson, Ivars (1988). The Mathematical Tourist: Snapshots of Modern Mathematics. W. H. Freeman and Company. ISBN 0-7167-1953-3. LCCN 87033078 . OCLC 17202382.
Bizə gəlib çatmış ən qədim riyazi mətnlər qədim misirlilər, babillilər, hindlilər və çinlilərə aiddir. Bunlarda sahənin ölçülməsi, məhsul miqdarının hesablanması və s. biliklər öz əksini tapmışdır. Qədim Şərq xalqları keçmiş 20–30 əsr müddətində hesabda, həndəsədə və astronomiyada kifayət qədər kəşflər etsələr də, vahid riyaziyyat elmini yarada bilməmişdi. Riyaziyyatın elm kimi formalaşması qədim yunanlarla bağlıdır. Bu b.e.ə. VI əsrə təsadüf edir. Miletli Fales və Pifaqor kimi riyaziyyatçıların əsərləri vasitəsilə ayrı-ayrı praktik faktların yığımı ciddi elmi şəkil almışdır.
Riyaziyyatın sonrakı inkişafı, isbat anlayışı və riyazi ciddilik haqqında danışarkən Evklidin Əsaslar əsərini xüsusi vurğulamaq lazımdır. O, Əsaslar əsərində antik dövr riyaziyyatının 300 illik inkişafı təcrübəsini cəmləmişdir.Wise, David. "Eudoxus' Influence on Euclid's Elements with a close look at The Method of Exhaustion" . The University of Georgia. Archived from the original on June 1, 2019. Retrieved January 18, 2024.
19-cu əsrin sonunda riyaziyyatdakı əsaslı böhran aksiomatik metodun sistemləşdirilməsinə gətirib çıxarmışdır ki, bu riyazi mövzular və onların tətbiq sahələrindəki nəzərəçarpan yüksəlişdən xəbər verir. Müasir dövrdə riyaziyyatın mövzular üzrə təsnifatında riyaziyyatın altmışdan artıq birinci dərəcəli sahəsinin qeyd olunması buna əyani sübutdur.
Riyaziyyatın bölmələri thumb|Abak qədim zamanlardan istifadə edilən sadə hesablama alətidir|238x238px Əvvəllər təbiət elmləri arasında gizli fəaliyyət göstərən riyaziyyat ancaq hesablama fəndləri, həndəsi fiqurların sahə və həcmlərinin hesablanması üsulları, ədəd anlayışının genişləndirilməsi və bu kimi çoxlu miqdarda konkret materialların toplanması nəticəsində müstəqil bir elm kimi meydana çıxmışdır.Əliqulu Quliyev. Riyaziyyatdan tarixi oçerklər, Maarif — 2003. Qeyd etmək lazımdır ki, bir zamanlar riyaziyyat ilə numerologiya, astrologiya kimi psevdoelm növləri arasında aydın sərhədlər yox idi.Tiwari, Sarju (1992). "A Mirror of Civilization". Mathematics in History, Culture, Philosophy, and Science (1st ed.). New Delhi, India: Mittal Publications. p. 27. ISBN 978-81-7099-404-6. LCCN 92909575 . OCLC 28115124. "Təəssüf ki, riyaziyyatın iki lənəti — numerologiya və astrologiya da onunla birlikdə doğulmuş və kütlələr üçün riyaziyyatın özündən daha məqbul olmuşdur". Həmçinin, riyaziyyata ezoterizm və okkultizmin tərkib hissəsi kimi baxılırdı.
Ölçmə tələbi ədədləri adlandırmaq və işarələmək, habelə, bu ədədlər üzərində əməllər aparmaq zərurətini doğurmuş, beləliklə, damcı-damcı toplanmış materiallar əsasında qədim bir elm olan hesab elmi meydana gəlmişdir. Natural ədədlər, nisbətlər nəzəriyyəsini və kəmiyyətlərin ölçülməsinin nəzəri əsasını qədim yunan riyaziyyatçıları yaratmışlar. Evklid Əsaslar əsərində sonsuz sayda sadə ədəd olduğunu göstərmiş, ədədlərin bölünməsinə dair teoremləri, iki parçanın ortaq ölçüsünü və iki ədədin ən böyük ortaq bölənini tapmaq üçün alqoritm (Evklid alqoritmi) yaratmış, kvadratı ikiyə bərabər olan rasional ədədin olmadığını göstərmişdir. Ədədlərin sonsuz natural sırası anlayışının yaranmasında Arximedin Psammit (az. Qum dənəciklərini sayma) əsərinin böyük rolu olmuşdur. Əsərdə sonsuz böyük ədədləri adlandırma və işarələmə qaydaları göstərilmişdir.Bilim ve teknik dergisi, sayı 328 (Mart / 1995). Arşimet ve "kum sayma". TÜBİTAK popüler bilim yayınları.
Hesabın daha mühüm inkişaf mərhələləri hind mədəniyyəti ilə bağlıdır. Hindlilərin ən böyük xidməti onluq say sistemini elmə daxil etmələri idi.Plofker, K. (2007), "Mathematics of India", in Katz, Victor J. (ed.), The Mathematics of Egypt, Mesopotamia, China, India, and Islam: A Sourcebook, Princeton, NJ: Princeton University Press, pp. 385–514, ISBN 978-0-691-11485-9 Riyaziyyat elminin sonrakı inkişafı üçün Misir və Babilistanda hesab və həndəsəyə aid toplanmış bilik və təcrübənin xüsusi əhəmiyyəti vardır. Bir qədər sonra Babilistanda hesab elminin inkişafının davamı olaraq riyaziyyatın cəbr və triqonometriya kimi bölmələri yaranmağa başladı.
Lakin riyaziyyat elminin əsası sistematik və məntiqi şəkildə qədim Yunanıstanda qoyuldu. Qədim yunanların işləyib hazırladığı elementar həndəsə iki min il sonra qurulmuş deduktiv riyazi nəzəriyyələr üçün örnək oldu. Daha sonra hesab elmindən ədədlərin analitik nəzəriyyəsi kimi mühüm bir sahə ayrıldı ki, hal-hazırda o, ədədlər nəzəriyyəsi adı ilə məlumdur.
17-ci əsrdən başlayaraq riyaziyyatın inkişafında yeni bir dövr açılır. Dəyişən kəmiyyətlər və onlar arasındakı funksional asılılığın öyrənilməsi riyazi analizin yaranmasına gətirib çıxardı. Bu da öz növbəsində yeni bir riyazi nəzəriyyənin - diferensial və inteqral hesabının icadı üçün bazis oldu. Məlum olduğu kimi, mexanika və fizikanın əsas qanunları diferensial tənliklər şəklində yazılır və onların inteqarallanması riyaziyyatın əsas məsələlərindən biri kimi qarşıya çıxır.
Beləliklə, cəbri tənliklərlə yanaşı, elə tənliklərə də baxmaq lazım gəlir ki, burada axtarılan dəyişən ədəd deyil, hər hansı funksiyadır. Müəyyən şərtləri ödəyən belə funksiyanın axtarılması riyaziyyatın yeni bir sahəsi olan variasiya hesabını doğurur. Fəza forması kimi həndəsi fiqurların çevrilməsi və hərəkət, habelə, müstəvi və fəzanın müəyyən xassələrə malik çevrilmələri qrupu, bu çevrilmələrin analitik metodlarla ifadə edilməsi müasir riyaziyyat üçün fundamental olan analitik və proyektiv həndəsənin yaranmasına səbəb oldu.Andrea Del Centina, Alessandro Gimigliano (2025) From Here to Infinity: Tracing the Origin and Development of Projective Geometry (Sources and Studies in the History of Mathematics and Physical Sciences)
17–18-ci əsrlərdə toplanmış təcrübə 19–20-ci əsrlərdə sürətlə inkişaf etdirilərək artıq təbiət elmlərinə və texnikaya tətbiq edilməyə başlandı. Riyaziyyatın təbiət elmləri ilə qırılmaz əlaqəsi, habelə onun ağır sənayeyə və hərbi texnikaya tətbiqinin daxili tələbi kimi kompleks dəyişənli funksiyalar nəzəriyyəsi yarandı. Bilavasitə texnika və fizikanın, xüsusilə də nəzəri mexanikanın riyaziyyat elmi qarşısında qoyduğu fasiləsiz tələbin məntiqi nəticəsi kimi vektor aparatı və onunla sıx surətdə bağlı olan tenzor hesabı yarandı.John Stillwell (2010). Mathematics and Its History, 3rd edition .
19-cu əsrin sonunda riyaziyyatdakı fundamental böhran və bunun nəticəsində aksiomatik metodun sistemləşdirilməsi riyaziyyatda bilik partlayışına səbəb oldu. Hal-hazırda riyaziyyatın mövzular üzrə təsnifatında ən azı altmış üç birinci səviyyəli sahə öz əksini tapmışdır.
Ədədlər nəzəriyyəsi
Natural, rasional və tam ədədlər üzərindəki əməllər ədədlər nəzəriyyəsinin yaranmasına gətirib çıxarmışdır. Bir vaxtlar ədədlər nəzəriyyəsi hesab adlandırdı. Sonralar riyaziyyatın inkişafı ilə əlaqədar olaraq bu bölmə genişləndi və daha nəzəri məsələlərlə məşğul olmağa başladı. Beləliklə, ədədlər nəzəriyyəsinin formalaşması nəticəsində hesab termini daha çox praktik hesablamalara aid edildi.
Ədədlər nəzəriyyəsinin erkən görkəmli nümayəndələri Evklid və İskəndəriyyəli Diofant idi.Goldman, Jay R. (1998). "The Founding Fathers". The Queen of Mathematics: A Historically Motivated Guide to Number Theory. Wellesley, MA: A K Peters. pp. 2–3. doi:10.1201/9781439864623. ISBN 1-56881-006-7. LCCN 94020017. OCLC 30437959. S2CID 118934517. Ədədlər nəzəriyyəsinin mücərrəd formada müasir tədqiqi isə əsasən Pyer Ferma və Leonard Eylerlə bağlıdır. Nəticədə bu sahə Adrien Mari Lejandr və Karl Fridrix Qaussun töhfələri sayəsində tam olaraq öz bəhrəsini vermişdir.
Asan ifadə edilən bir çox problemin həlli çox zaman yüksəksəviyyəli riyazi metodlar tələb edir. Bunun bariz nümunəsi Fermanın son teoremidir. Bu fərziyyəni 1637-ci ildə Pyer Ferma ifadə etsə də onun isbatı uzun illər sonra, 1994-cü ildə Endryu Vayls tərəfindən verilmişdir. Başqa bir nümunə kimi Qoldbax fərziyyəsini göstərmək olar.
Ədədlər nəzəriyyəsi analitik ədədlər nəzəriyyəsi, cəbri ədədlər nəzəriyyəsi, ədədlərin həndəsəsi (metod yönümlü), diofant tənlikləri və transsendent nəzəriyyə (problem yönümlü) də daxil olmaqla müxtəlif tərkib hissələri əhatə edir."MSC2020-Mathematics Subject Classification System" (PDF). zbMath. Associate Editors of Mathematical Reviews and zbMATH. Archived (PDF) from the original on January 2, 2024. Retrieved February 3, 2024.
Həndəsə
thumb|240x240px|Sfera səthində Evklid həndəsəsi yalnız lokal approksimasiya kimi tətbiq edilir. Daha böyük miqyaslar üçün üçbucağın bucaqları cəmi 180°-yə bərabər deyil.