Fizika — təbiətin ən ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluş və xassələrini öyrənən elm.
Fizika ən fundamental və qədim elmlərdən biridir. Son iki min ilin böyük hissəsində fizika, kimya, biologiya və riyaziyyatın bəzi sahələri təbiət fəlsəfəsinin tərkib hissəsi idi, lakin 17-ci əsrdə baş vermiş elmi inqilab zamanı bu sahələr bir-birindən ayrılaraq müstəqil elmi tədqiqat istiqamətlərinə çevrilmişdir.Кудрявцев П. С. История физики . [2-е изд.]. М., 1956–1971. Т. 1–3 Fizika biofizika və kvant kimyası kimi bir çox fənlərarası tədqiqat sahələri ilə kəsişir və onun sərhədləri sərt şəkildə təyin oluna bilmir. Fizikada meydana çıxan yeni ideyalar bir çox hallarda başqa elmlərin öyrəndiyi fundamental mexanizmləri izah edir və bu sahələrdə, eləcə də riyaziyyat və fəlsəfə kimi digər akademik fənlərdə yeni tədqiqat istiqamətləri irəli sürür. thumb|311x311px|Müxtəlif fiziki hadisələr Fizikadakı irəliləyişlər çox vaxt yeni texnologiyaların yaradılmasına imkan verir. Məsələn, elektromaqnetizm, bərk cisimlər fizikası və nüvə fizikası sahələrində əldə olunan nailiyyətlər birbaşa olaraq müasir cəmiyyəti dəyişdirən texnologiyaların — telefon, televizor, kompüter kimi cihazların, nüvə silahının yaranmasına səbəb olmuş; termodinamika sahəsindəki irəliləyişlər sənayeləşmənin inkişafına təkan vermiş, mexanika sahəsindəki nailiyyətlər isə diferensial və inteqral hesabının formalaşması üçün ilham qaynağı olmuşdur. "Fizika ən fundamental elm sahələrindən biridir. Əksər alimlər, o cümlədən molekulların quruluşunu öyrənən kimyaçılar, dinozavrların necə yeridiyini yenidən qurmağa çalışan paleontoloqlar və insan fəaliyyətinin atmosferə və okeanlara necə təsir etdiyini öyrənən klimatoloqlar fizikanın ideyalarından istifadə edirlər. Fizika olmasa heç bir halda televiziya mühəndisliyinin və düz ekran texnologiyasının əsası qoyula bilməz. Fizikanın əsas qanunlarını anlamadan planetlərarası kosmik gəmi və ya yaxşı bir siçan tələsi düzəltmək mümkün deyil (…) Siz fizikanı dünyamızı və özümüzü anlama arayışında insan intellektinin möhtəşəm nailiyyəti kimi görəcəksiniz."
Tarix
Etimologiya Fizika sözü latın dilindəki physica ("təbiətin öyrənilməsi") sözündən gəlir, bu da öz növbəsində qədim yunan dilindəki φυσική (phusikḗ, "təbiət elmi") sözündən alınmadır. Bu termin isə φύσις (phúsis, "təbiət, mahiyyət, xassə") sözündən törəmişdir., ,
Qədim astronomiya right|thumb|435x435px|Qədim Misir astronomiyası Misirin XVIII sülaləsindən Senemut məqbərəsinin tavanı kimi abidələrdə aydın görünür. Astronomiya ən qədim təbiət elmlərindən biridir. E.ə. 3000-ci ildən əvvəl mövcud olmuş erkən sivilizasiyalar — o cümlədən, şumerlər, qədim misirlilər və Hind vadisi sivilizasiyası — Günəşin, Ayın və ulduzların hərəkətləri barədə proqnozlaşdırıcı biliklərə və təməl anlayışlara malik idilər. Çox vaxt tanrıları təmsil etdiyinə inanılan ulduz və planetlərə sitayiş edilirdi. Ulduzların müşahidə olunan mövqeləri haqqında təqdim olunan izahlar çox vaxt elmi əsaslardan uzaq və sübuta yetirilməmiş olsa da, aparılan ilkin müşahidələr sonrakı astronomiyanın inkişafı üçün təməl yaratmışdır. Erkən müşahidələrə görə ulduzların göy üzündə böyük çevrələr üzrə hərəkət etdiyi düşünülürdü, lakin bu model planetlərin qeyri-adi və daha mürəkkəb trayektoriyalarını izah etməkdə aciz qalırdı.
Ascer Abonun fikrincə, Qərb astronomiyasının mənşəyi Mesopotamiyaya gedib çıxır və dəqiq elmlər sahəsində Qərbdə atılan bütün addımlar, əslində, son dövr Babil astronomiyasından törəmişdir. Qədim Misir astronomları bürclərin və göy cisimlərinin hərəkətləri barədə biliklərini əks etdirən abidələr və təsvirlər qoymuşlar. Bu müşahidələr onların dini ayinlərində, təqvim sistemlərində və memarlıq layihələrində mühüm rol oynamışdır. Eyni dövrdə qədim yunan şairi Homer İliada və Odisseya əsərlərində müxtəlif səma obyektlərindən bəhs etmiş, bu obyektlərin mədəni və simvolik əhəmiyyətini ön plana çıxarmışdır. Daha sonra isə yunan astronomları Şimal Yarımkürəsində görünən əksər bürclərə hazırkı adları vermişlər.
Təbiət fəlsəfəsi Təbiət fəlsəfəsi öz başlanğıcını arxaik dövrdə (e.ə. 650 – 480) Yunanıstandan götürür; bu dövrdə Fales kimi sokrataqədərki filosoflar təbiət hadisələrinin qeyri-təbii izahatını rədd edərək hər bir hadisənin təbii səbəbi olduğunu irəli sürürlər. Onlar ağıl və müşahidə ilə yoxlana bilən ideyalar irəli sürmüş, bir çox fərziyyələri sonradan təcrübə ilə uğurla təsdiqlənmişdir; məsələn, Levkipp və onun şagirdi Demokrit tərəfindən təxminən 2000 il əvvəl irəli sürülmüş atomizmin düzgün olması sonradan sübut olunmuşdur.
Aristotel və ellinistik fizika thumb|294x294px|Aristotel (e.ə. 384–322) Klassik yunan (e.ə. 6–4-cü əsrlər) və ellinizm dövründə naturfəlsəfə müxtəlif istiqamətlər üzrə inkişaf etmişdir. Platonun şagirdi Aristotel (yunanca: Ἀριστοτέλης, Aristotélēs) (e.ə. 384–322) bir çox mövzularda yazılar yazmış və e.ə. 4-cü əsrdə "Fizika" adlı müfəssəl traktatı qələmə almışdır. Aristotel fizikasının təsiri təxminən iki min il davam etmişdir. Onun yanaşması məhdud müşahidə ilə məntiqi deduktiv mülahizələri birləşdirsə də nəticələrin eksperimental yoxlanışına əsaslanmırdı. Aristotelin "Fizika" sahəsindəki əsaslı işi, hər nə qədər qüsurlu olsa da, sonrakı mütəfəkkirlərin bu sahəni inkişaf etdirməsi üçün əsas çərçivə yaratmışdır. Hazırda isə onun yanaşması tamamilə aradan qalxmışdır.Hüseyin Gazi Topdemir. Doğa Felsefesinden Fiziğe: Galileo Aristoteles'e Karşı. TÜBİTAK, Bilim ve teknik dergisi. Ağustos / 2013.
Kosmologiyada geosentrik modeli ciddi rəhbər tutan Aristotel Kainatın sonsuzluğu haqqında atomist nəzəriyyənin əksinə olaraq dünyanın sonluluğunu və Platonun Timeyinə və İoniya kosmoqoniyalarının əksinə olaraq onun əbədiliyini təsbit edirdi. Aristotelə görə dünya tərkibinə dörd element – od, hava, su və torpaq olan Ayaltı aləmə və tərkibində "beşinci", ilahi element – efir, yaxud kvintessensiya olan göy cisimləri və hərəkətsiz ulduzlar sferasından ibarət Ayüstü aləmə ayrılır. Ayaltı aləmin dörd elementindən hər biri ilkin iki xüsusiyyətin vəhdəti ilə səciyyələnir: od – isti + quru, hava – isti + rütubətli, su – rütubətli + soyuq, torpaq – quru + soyuq. Ənənəvi şərhə görə, ilkin xassələr keyfiyyətsiz "ilkin materiyaya" – substrata immanentdir və bu onların bir-birinə çevrilməsi imkanını izah edir: məsələn, istilik xassəsini itirən və soyuqluq keyfiyyətini əxz edən od hava olur və s. İki yüngül elementə (od və havaya) yuxarıya doğru "təbii" hərəkət, iki ağır elementə (su və torpağa) aşağıya doğru "təbii" hərəkət xasdır. Efirin dəyişməzliyi və onun daim fırlanması dünyanın əbədiliyini təmin edir. Ayüstü aləmdə yeganə dəyişilmə növü məkanca yerdəyişmədir, Ayaltı aləm isə dəyişilmənin bütün növlərinə məruz qalır. Allahların "uca" dünyası haqqında mifoloji təsəvvürlərdən bəhrələnən bu dualist kosmologiya fiziki qanunların vəhdətini və Kainatın yekcinsliyini təsbit edən İoniya məktəbi və atomistik fizika ilə müqayisədə ciddi tənəzzül idi.Мельников С. А. Введение в философию Аристотеля: 8 лекций для проекта Магистерия. – М.: Rosebud publishing, 2018. – 246 с. – ISBN 978-5-905712-20-3. – 1000 экз.
Orta əsr Avropası və İslam aləmində alt=Ibn Al-Haytham (Alhazen) drawing|right|thumb|291x291px|İbn əl-Heysəm (965–1039), Kitab əl-Mənazir əsərində obskura kamerası ilə apardığı təcrübələri qeyd etmişdir V əsrdə Qərbi Roma imperatorluğunun işğallar və daxili çaxnaşmalar səbəbi ilə çöküşü Qərbi Avropada intellektual axtarışlarıngeriləməsinə yol açmışdı. Bunun əksinə olaraq, Şərqi Roma İmperiyası (adətən Bizans İmperiyası adlandırılır) işğalçıların hücumlarına müqavimət göstərir və fizika da daxil olmaqla müxtəlif öyrənmə sahələrini inkişaf etdirməyə davam edirdi. VI əsrdə İoann Filopon, tədqiqatlarının böyük hissəsinin xristian teologiyasına yönəlməsinə baxmayaraq, elmə hakim olan Aristotelçi yanaşmaya açıq şəkildə meydan oxuyurdu. left|thumb|Obskura kamerasının iş prinsipinə dair təsvir İslam alimləri Aristotel fizikasını yunanlardan miras almış və İslamın Qızıl dövründə, xüsususilə müşahidə və apriori mülahizələrə diqqət yetirərək elmi metodun ilkin formalarını inkişaf etdirmişlər.
İbn Səhl, Əl-Kindi, İbn əl-Heysəm, Əl-Farisi və İbn Sina kimi İslam alimləri optika və görmə sahəsində ən mühüm yeniliklərə imza atmışdır. Belə ki, orta əsrlərdə İbn əl-Heysəm, (latınlaşdırılmış adı Alhazen; 965, Bəsrə–1039, Qahirə) eksperimentə və riyazi izaha söykənən elmi metodun yaradıcısı sayılır. İbn əl-Heysəmin 1011–1021-ci illərdə yazdığı 7-cildlik Optika kitabı (ər. Kitab əl-Mənazir) əsərində irəli sürdüyü görmə nəzəriyyəsini isbat etmək üçün apardığı eksperimentləri təsvir etmiş və göstərmişdir ki, göz yalnız başqa cisimlər tərəfindən şüalandırılan işığı qəbul edir.A. I. Sabra: The Optics of Ibn Al Haytham. Books I–III On Direct Vision. The Warburg Institute, University of London, 1989, S. 3–63. Ona qədər isə gözün özünün işıq şüalandırdığı haqqında Evklid-Ptolemey təlimi
hökm sürürdü. İbn əl-Heysəm yaratdığı obskura kamerası vasitəsilə öz təcrübələrində işığın yayılma qanunlarını tədqiq etmişdir.R. L. Verma: Al-Hazen: father of modern optics. Al-Arabi, 8, 1969, S. 12–13. Sonralar optika üzrə tədqiqatlar İstanbul rəsədxanasının qurucusu Taqi əl-Din (1526, Dəməşq – 1585, İstanbul) tərəfindən daha da inkişaf etdirilmişdir. Ümumiyyətlə 8 – 15-ci əsrlər ərzində Nəsirəddin Tusi, Əl-Kindi (Alkindus), Əl-Fərabi (Alpharabius), İbn-Rüşd (Avverroes), İbn-Sina (Avisenna), Əbu-Reyhan əl-Biruni, Ömər Xəyyam, Əl-Xəzini, İbn-Bəcca (Avempace), Cabir-ibn-Xəyyan və başqa alim – filosoflar optikanın, mexaniki hərəkətin (statika, dinamika, kinematika) qanunauyğunluqlarının, mexanizmlərin, hidrostatikanın və astronomiyanın inkişafına öz töhfələrini vermişlər.
Elmi inqilab Erkən müasir Avropada miqdari və təcrübi üsulların geniş istifadəsi fizikanın ayrıca elm kimi formalaşmasına şərait yaratmışdır.
Bu dövrdəki əsas yeniliklərə Günəş sisteminin geosentrik modelinin heliosentrik Kopernik modeli ilə əvəzlənməsi, Yohan Keplerin planetlərin hərəkət qanunlarını kəşf etməsi (1609–1619), Qalileyin teleskoplar və müşahidə astronomiyası ilə bağlı qabaqcıl tədqiqatları (16–17-ci əsrlər) və İsaak Nyutonun hərəkət qanunlarını və universal qravitasiyanı kəşf etməsi və onları vahidləşdirməsi aiddir. 17-ci əsrin ikinci yarısında Nyuton və Leybnits bir-birindən asılı olmayaraq dəyişən, xüsusilə də kəsilməz dəyişən funksiyaların riyazi tədqiqini — diferensial və inteqral hesabını formalaşdırdılar. Formaca müxtəlif, məzmunca bir-birinə tamamilə ekvivalent olan bu yeniliyi Nyuton flyuksiyalar metodu, Leybnits isə diferensial hesabı adlandırırdı. Lakin, Leybnitsdən fərqli olaraq Nyuton öz nəzəriyyəsini əsasən fiziki məsələlərin həlli yönündə inkişaf etdirmişdi.
19-cu əsr 19-cu əsrdə sənaye inqilabına paralel olaraq enerji ehtiyacının artması termodinamika, kimya, elektromaqnetizm sahələrindəki qanunların kəşfinə səbəb oldu. 19-cu əsrin sonlarında termodinamika, mexanika və elektromaqnetizm nəzəriyyələri müxtəlif müşahidələrlə təsdiqləndi. Sonralar bu nəzəriyyələr bir yerə yığılaraq klassik fizikanın əsasını təşkil etdilər.
Bəzi eksperimental nəticələr isə hələ də izah oluna bilmirdi. Klassik elektromaqnetizmdə dalğaların efir adlı mühitdə yayıldığı fərz olunurdu, lakin bu mühit heç cür aşkarlana bilmirdi. Qara cisimlərin buraxdığı istilik şüalanmasının intensivliyi termodinamika və elektromaqnetizmin proqnozları ilə uyğunlaşmırdı. Həmçinin işıqlandırılmış metalların elektron emissiyasının xarakteri təxmin ediləndən fərqli idi. Böyük mənzərədə əhəmiyyətsiz görünən bu uğursuzluqlar 20-ci əsrin ilk iki onilliyində fizika dünyasını alt-üst edəcəkdi.
20-ci əsr right|thumb|Albert Eynşteyn (1879–1955), fotoelektrik effektini kəşf etmiş, xüsusi nisbilik nəzəriyyəsini irəli sürmüşdür left|thumb|Maks Plank (1858–1947), mütləq qara cismin spektrini açıqlamaq məqsədilə "kvant" anlayışını irəli sürmüş, beləliklə kvant nəzəriyyəsinin əsasını qoymuşdur 20-ci əsrin əvvəlində bəlli oldu ki, elektrodinamikanın izahı üçün Nyutonun klassik mexanikasının əsasında duran fəza və zaman