Xəlil Sultan bin Miranşah () — Əmir Teymurun böyük oğlu Miranşahın oğludur və Teymurilər dövlətinin ikinci hökmdarıdır. 1405–1409 arası Teymurilər Sultanı olmuşdur. Əmir Teymurun ölümündən sonra xələf olaraq ordunun dəstəyi ilə Səmərqənddə taxta çıxdı. Lakin eyni zamanda Teymurun oğlu Heratda taxta çıxmışdı. 1409-cu ildə Şahrux Mirzə Səmərqəndə yürüş etdi və Xəlil Sultanın arvadını əsir götürdü. Bundan sonra Xəlil Sultan təslim oldu və taxtdan endirildi. Taxtdan endirilən Xəlil Sultan Şahrux Mirzə tərəfindən Rey qubernatoru təyin olundu . Həyatını Rey qubernatoru olaraq 1411-ci ildə itirdi və ölümündən sonra arvadı da intihar etdi.Roemer, HR "The Successors of Timur." The Cambridge History of Iran Volume 6: The Timurid and Safavid Periods. Edited by Peter Jackson.
Ailəsi
Xanımları
Cahan Sultan ağa — Əmir Teymurun bacısı Sevinc Qutluq ağanın nəvəsidir. 1397-ci ildə evlənmişdir. Şadmülk ağa (ö. 1411) — 1404-cü ildə gizlicə evlənmişdir. Babası Əmir Teymur onun öldürülməsini əmr etsə də, artıq hamilə olması və Saraymülk ağanın araya girməsiylə xilas oldu. Adı bilinməyən bir xanım
Oğulları
Əli mirzə — anasının adı bilinmir. Məhəmməd Bahadur mirzə — Cahan Sultan ağadan doğulub. Bərkul mirzə — Cahan Sultan ağadan doğulub. Məhəmməd Bayqara mirzə — Şadmülk ağadan doğulub.
Qızları
Çiçək ağa — Cahan Sultan ağadan doğulub. Şirinbəy ağa — Cahan Sultan ağadan doğulub. Sarayməlik ağa — Şadmülk ağadan doğulub. Sultan Bədiəlmülk ağa — Şadmülk ağadan doğulub. Məhəmməd Uluqbəylə evlənmişdir.
İstinadlar
Kateqoriya:İslam hökmdarları