Xıllı Cümə məscidi — Neftçala rayon Xıllı qəsəbəsində yerləşən abidə, rayonda tarixi-epiqrafik abidələr sırasında ən önəmli yerlərdən birini tutur. Məscidin əsası 1903-cü ildə Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuşdur.

Haqqında Məscidin əsası Şeyx Əzizin oğlu Şeyx Ağababa Axundzadə tərəfindən qoyulmuş came-məscidi Məhəmməd peyğəmbərin qızı Həzrəti Fatimeyi Zəhra xanımın adını daşıyır. Məscidin ön tərəfindəki ərəbdilli kitabə (0,60x0,39m) deyilənləri bir daha sübut edir. Kitabə belədir: 1321 miladi təqvimlə 1903-cü ilə uyğundur.

Repressiya dövrü Xıllı məscidi 30cu illərdə digər məbədlər kimi repressiyaya məruz qalmışdır. Bununla bağlı el arasında rəvayətə çevrilən əhvalatlar bu gün də yaddaşlardadır. Deyilənə görə, bu sözdən sonra Mehmanovlar məscidin tikintisində 10–15 gün fəhlə kimi işləyiblər.

70-ci illərin sonunda Sovet hökümətinin siyasəti nəticəsində xalqdan alınan məscidin pəncərələri sökülüb, daşla hörüldükdən sonra taxıl anbarı kimi istifadəyə verilib. Yalnız 1989-cu ildə məscid axund Əlqəmənin rəhbərliyi altında və qəsəbə camaatının yardımı ilə yenidən açılıb və 1989-cu ildə fəaliyyətə başlayıb.

Memarlıq xüsusiyyətləri Xıllı Cümə məscidi memarlıq üslubuna görə başqalarından fərqlənir. Minbərin ətrafı xurma ləçəyinin ornamenti ilə bəzədilmişdir ki, məhz bu da dövrün memarlığında nəbati bəzək üslubundan istifadə edilməsindən xəbər verir. Çiy kərpicdən hazırlanmış məscidin giriş qapısının portalında ərəbcə kitabə yazılıb. Taxta qapı üzərində qabartma üsulu ilə həkk edilmiş kitabənin məzmunu belədir: Məscidin ümumi uzunluğu (36m) pəncərələrin sayına, eni isə (18m) tənböləninə uyğundur. Bu cəhətdən də onu həndəsi formalı abidə hesab etmək olar. Məscidin içərisində ikinci mərtəbə hesab olunan şəbüstər (qadınlar üçün ibadət yeri) inşa edilmişdir. Məscidin sol tərəfindən minarə inşa olunmuşdur ki, bunun üçün 25.000 kərpicdən istifadə edilmişdir. Bu minarənin hündürlüyü 25 metrdir. Məscidin daxilində minbər və mehrab vardır. Minbərin üstündə iki sətirlik ərəbdilli kitabənin ərəbcə(0,32x0,18m) məzmunu belədir: Bunu da qeyd edək ki, Xıllı məscidi bundan da əvvəl kərpicdən tikilmiş köhnə məscidin yerində tikilmişdir. Məscid dini nöqteyi nəzərdən çox doğru tikilmişdir. Pəncərənin sayı gündəlik namazların rükətlərinin bildirir. Bu quruluş Axund Molla Ağababa Axundzadənin təklifi ilə tikilmişdir.

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1903-cü ildə tamamlanmış dini tikililər Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri Kateqoriya:Azərbaycandakı şiə məscidləri