Mehmet Bozdağ (; ) — türk ssenarist, prodüser və rejissor.

Bioqrafiya Mehmed Bozdağ Sakarya Universitetində təhsil alıb. O, "Ustadlar, Alimlər və Sultanlar" filminin ssenarisini yazmış və prodüserlik etmişdir. 2013-2014-cü illər arasında TRT 1-də yayımlanan "Ürək Oğrusu" adlı serialın prodüserliyini etmişdir. 2015-ci ildən 2016-cı ilə qədər məşhur türk şairi Yunus Əmrənin hekayəsini izah edən "Yunus Əmrə: Eşqin səyahəti" adlı serialın ssenarisini yazmış və prodüserlik etmişdir.

Bozdağ, 2014-cü ildə TRT 1-də yayımlanan, beş mövsüm davam edən və 2019-cu ildə başa çatan "Diriliş Ərtoğrul" adlı serialla geniş uğur qazanmışdır. Dünyanın bir çox ölkəsinə satılan və 2016-cı ildə 43-cü Qızıl Kəpənək Mükafatını qazanan bu serialın ssenarisi Bozdağ tərəfindən yazılmış, prodüserlik edilmiş və dizayn edilmişdir. Bozdağ eyni məsuliyyətləri öz üzərinə götürərək, 2018-2019-cu illər arasında TRT 1-də yayımlanan "Mehmetçik: Müqəddəs Zəfər" serialını çəkib. 2020-ci ildə "Türklər Gəlir: Ədalətin Qılıncı" ilə film sənayesinə daxil olub.

Bozdağ, 2019-2025-ci illər arasında ATV-də yayımlanan "Quruluş Osman" serialının ssenaristi, prodüseri və layihə dizayneri, eləcə də 2021-2022-ci illər arasında ATV-də yayımlanan "Dastan" serialının prodüseri kimi çalışıb.

Film və serialları Son yuxu (Son rüya) — 2009 Qardaş şəhərlər (Kardeş şehirler) — 2009 Ustalar, alimlər və sultanlar (Ustalar, Alimler ve Sultanlar) — 2010 Könül oğrusu (Gönül hırsızı) — 2013 Diriliş Ərtoğrul (Diriliş Ertuğrul) — 2014–2015 Yunus Əmrə: Eşqin Səyahəti (Yunus Emre: Aşkın Yolculuğu) — 2015–2016 Mehmetçik: Müqəddəs Zəfər (Mehmetçik: Müqəddəs Zəfər) — 2018–2019 Quruluş Osman (Kuruluş Osman) — 2019–2025 Türklər gəlir: Ədalətin qılıncı (Türkler Geliyor: Adaletin Kılıcı) — 2019 Cəlaləddin Məndirmən (Türkcə: Celaleddin Mendirmen; Özbəkcə : Mendirman Jaloliddin) — 2020 Dastan (Destan) — 2021 Al Sancaq (Al Sancak) — 2023 Alov quşları (Ateş Kuşları) — 2023–2024 Kiçik Dahi İbn Sina (Küçük Dahi İbn-ı Sina) — 2023–hazırda Bir Sevdadır (Bir Sevdadır) — 2024 Əziz Mahmud Hüdayi: Eşqin Səyahəti (Aziz Mahmud Hüdayi: Aşkın Yolculuğu) — 2024 Bir Zamanlar İstanbul (Bir Zamanlar İstanbul) — 2025 Quruluş Orxan (Kuruluş Orhan) — 2025–2026 Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə kinorejissorları