Orsolya Kaso (d. 22 noyabr 1988) — Macarıstanı təmsil edən su poloçusu.
Karyerası Orsolya Kaso, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
İstinadlar
Kateqoriya:Macarıstanın Olimpiya su poloçuları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında su poloçuları