Zəhra Xanım Tacəssəltənə () — İran şahzadəsi və Qacarlar sülaləsinin memuaristi. Nasirəddin şah Qacarın Turan Əssəltənədən olan qızı.

Həyatı Zəhra Xanım Tacəssəltənə 1884-cü (bəzi mənbələrdə 1883) ildə Nəsrəddin şah Qacarla onun həm də əmisi qızı olan həyat yoldaşı Məryəm Turan əl-Səltənənin qızı olaraq dünyaya gəlmişdir. Uşaqlıq illərinin böyük bir hissəsi onun təlim tərbiyəsi ilə məşğul olan tərbiyəçi qadın və tibb bacısı ilə keçmişdir. Belə ki, o anasını gün ərzində yalnız iki dəfə görürdü. Hər dəfə şah Tehrana gələndə onu gündə 1 dəfə də atasının yanına aparırdılar. Tacəssəltənə sonralar öz xatirələrində uşaqlıq illərini acı və tənqidi xatırlayır. Tacəssəltənə ibtidai təhsilinə 7 yaşında kral məktəbində başlasa da, 1893-cü ildə nişanlanması onun təhsilini yarımçıq qoymuşdur. Sonrakı illərdə onun bir neçə şəxsi tərbiyəçisi var idi. Onların bəziləri haqqında xatirələrində ətraflı məlumatlar vermişdir.

Ailəsi Tac Əssəltənə хanım Şücaəssəltənə Əmir Həsən хan Mirzə Məhəmmədbağır хan Sərdari-Əkrəm oğlu ilə ailə qurmuşdu. Dörd oğlu vardı.

Tehran şəhərinin Təcriş bölgəsindəki Zahir əd-Dövlə qəbiristanlığında dəfn olunmuşdur.

Mənbə

Xarici keçidlər Crowning Anguish, Memoirs of a Persian Princess from the Harem to Modernity A brief history of women's movements in Iran 1850 – 2000 payvand

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran feministləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri