thumb|190px|right|Qaraçı karvansarasının planı və kəsiyi

Miəcik, Dərvişlər və ya Qaraçı karvansarası — Abşeron rayonunun Səngəçal qəsəbəsi yaxınlığında, Miəcik ərazisində orta əsrlərə aid memarlıq abidəsi.

Tarix Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.

Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.Abşeron abidələri. Qaraçı karvansarası

Vəxəziyyəti

Ətrafında daş karxanaları və zibilxanalar var. Dağılmaq təhlükəsi mövcuddur, hazırda qəzalı vəziyyətdədir. Divarlarda çatlar, dağıntılar var.

2018-ci ildə A.R. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, karvansara abidəsi Qobustan Milli Tarixi-Bədii Qoruğunun tərkibinə veriləcək.

Həmçinin bax Azərbaycandakı karvansaraların siyahısı Şirvan-Abşeron memarlıq məktəbi

İstinadlar

Xarici keçidlər

Çöl adamı - Sanqaçal, Karvansara - 21.03.2021 (AZTV)

Kateqoriya:Karvansaralar Kateqoriya:Abşeron rayonunun abidələri Kateqoriya:Azərbaycan karvansaraları Kateqoriya:Azərbaycan qaraçıları Kateqoriya:XIV əsrdə tamamlanmış tikililər