Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi — Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı.

Komitənin tarixi Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.

Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Dini sahə ilə bağlı statistik rəqəmlər Azərbaycan Respublikasının ərazisində ümumilikdə 2387 məscid mövcuddur. Ölkə üzrə mövcud olan pir və ziyarətgahların sayı 874-dür. Eyni zamanda, ölkə ərazisində 16 kilsə, 7 sinaqoq, 23 xristian ibadət evi, habelə 1 bəhai və 1 krişna ibadət yeri fəaliyyət göstərir. Respublikada 994 dini qurum rəsmi dövlət qeydiyyatına alınmışdır. Bunlardan 956-sı İslam təmayüllü, 38-i isə qeyri-islam təmayüllü dini qurumlardır.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.Prezident İlham Əliyev: İşğaldan azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i tamamilə dağıdılıb

Fəaliyyəti istiqamətləri və vəzifələri dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir; · dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; · dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin edir; · dini etiqad sahəsində maarifləndirmə işi aparır; · dini qurumların dövlət qeydiyyatını həyata keçirir; öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri: dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması; dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi; dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması; dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi; müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması; dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılması; dini təşkilatların beynəlxalq dini hərəkat, forum, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edilməsi; dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasının təmin edilməsi; İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi. Rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərilməsi; dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi; xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak edilməsi.

Strukturu və tabeliyindəki qurumlar

Rəhbərlik Dövlət Komitəsinin Sədri; Sədrin birinci müavini; Sədrin 3 müavini; Aparat rəhbəri; Aparat rəhbərinin müavini; Sədrin 2 müşaviri; Sədrin köməkçisi.

Mərkəzi Aparat Dini məsələlər üzrə şöbə; Regionlarla iş şöbəsi; Beynəlxalq əməkdaşlıq şöbəsi; Ekspertiza şöbəsi; İnklüziv inkişaf şöbəsi; Media və kommunikasiya şöbəsi; Dövlət qulluğu və insan resursları şöbəsi; Sənədlərlə və müraciətlərlə iş şöbəsi; Maliyyə və təchizat şöbəsi; Daxili nəzarət sektoru;

Regional bölmələr Bakı regional bölməsi; Abşeron-Xızı regional bölməsi; Gəncə-Daşkəsən regional bölməsi; Quba-Xaçmaz regional bölməsi; Şəki-Zaqatala regional bölməsi; Dağlıq Şirvan regional bölməsi; Qarabağ regional bölməsi; Mərkəzi Aran regional bölməsi; Qazax-Tovuz regional bölməsi; Şərqi Zəngəzur regional bölməsi; Mil-Muğan regional bölməsi; Şirvan-Salyan regional bölməsi; Lənkəran-Astara regional bölməsi;

Tabeliyindəki qurumlar *Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fond Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

*Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Azərbaycan İlahiyyat İnstitutun bir fakültə (İlahiyyat fakültəsi) və və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək; İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək; İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək; Milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli qərarı ilə "Azərbaycan İlahiyyat İnstitutu" publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılmışdır.

Nəşrləri "Dövlət və Din" jurnalı (jurnalın saytı fəaliyyət göstərir: https://www.dovlet-din.az/az) "Cəmiyyət və Din" qəzeti

Sədrləri Rafiq Əliyev — 21 iyun 2001"R. Y. Əliyevin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 513 nömrəli Sərəncamı. e-qanun.az — 25 iyun 2006 Hidayət Orucov — 25 iyun 2006"H. X. Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2006-cı il tarixli 1577 nömrəli Sərəncamı. e-qanun.az — 31 may 2012"H. X. Orucovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 may 2012-ci il tarixli 2242 nömrəli Sərəncamı. e-qanun.az Elşad İskəndərov — 31 may 2012"E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az — 2 may 2014"E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 may 2014-cü il tarixli Sərəncamı. president.gov.az Mübariz Qurbanlı — 21 iyul 2014-dənM. Q. Qurbanlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az — 16 fevral 2024 Ramin Məmmədov — 08 aprel 2024-dən — hal-hazırda

Azərbaycanda qeydiyyata alınmış qeyri-islam dini icmaları DinAzərbaycanda qeydiyyatdan keçmiş qeyri-islam dini icmaları (d.i)Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurasının üzvləriİudaizmDağ yəhudilərinin dini icması,Azərbaycan Yəhudiləri d.i.,"Sumqayıt Yəhudiləri"d.i.,Avropa Yəhudilərinin Bakı d.i.,Sefarad Yəhudilərinin Bakı d.i.,Quba r-nu Qırmızı qəsəbə Dağ Yəhudiləri d.i.,Gəncə şəhər Yəhudi dini icması,Oğuzşəhər Yəhudi dini icmasıAzərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr ŞarovskiŞərqi Ortodoks KilsəsiRus Pravoslav Kilsəsinin Bakı yeparxiyası,Azərbaycan Respublikasının Alban-Udi Xristian d. i.,Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian d.i.,Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian d.i.,Oğuz şəhəri Alban-Udi Xristian dini icmasıRus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr,