thumb|upright|Bir qadının qoltuqaltı nahiyəsinin mumla depilyasiyası.

Mumla depilyasiya arzuolunmaz tüklərdən xilas olmaq üçün istifadə edilən yapışqan tərkibli maddələrdən ibarət olan depilyasiya üsuludur. Ayrıca olaraq buna mumla depilyasiya edilməsi də deyilir.

Mum depilyasiyası ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə çəkilir və bir neçə saniyədən sonra sürətlə, birdən qoparılır.

Bu üsul tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün folikulu bu zaman zədələnmir. Prosedur o qədər də ağrılı deyil — bu, pasiyentin həssaslığından asılıdır.

Mum depilyasiyası ən qədim üsullardan biridir. Kosmetologiyada yeni texnologiyalar əldə edilməsinə baxmayaraq, mum depilyasiyası öz mövqeyini qoruyub saxlayır.

18–35 yaşlı qadınlar arasında aparılan sorğulara görə, mum depilyasiyası hələ də aktualdır. Bunun bir neçə səbəbi var: bəziləri yeni texnologiyalara etibar etmir, bəziləri klassik metodlara üstünlük verir, bəziləri isə proseduru ağrısız hesab etdiyindən başqa, daha baha müdaxilələrə əlavə xərc çəkmək istəmir.

"Köhnəliyinə" baxmayaraq, mum depilyasiyası (və ya biodepilyasiya) bir sıra üstünlüklərə malikdir: effektlilik, sürətlilik, münasib qiymət və dərinin zədələnməməsi.

Üstünlükləri Tükün rənginin və bərkliyinin fərqi yoxdur Tüklərin uzanmasını azaldır Hər bir dəri tipinə uyğundur Bu prosedur tüklərin nazikləşmə prosesinin stimullaşdırır Qiymətlərin yüksək olmaması

Mum depilyasiyasının efektliliyi fərdi səbəblərdən asılı olsa da, çox vaxt dəri 3–4 həftə hamar qalır.

Prosedur zonalardan asılı olaraq, 20 dəqiqədən 1 saatadək vax apara bilər. Daim biodepilyasiyadan istifadə edən insanlar üçün prosedurlar daha da tez keçir.

Əks göstərişləri Mum depilyasiyasının əks göstərişləri çox azdır. Onlardan ən əsasları – şəkər xəstəlikləri, venalarının varikoz genişlənməsi, qanın laxtalanma prosesinin pozulması, dermotoloji xəstəliklər və fərdi xüsusiyyətlərdir.

Şəkər Dərinin zədələnməsi Varikoz Dəri xəstəlikləri Dəridə xoşxassəli törəmələr

Mumla depilyasiyasından əvvəl və sonra Mumla depilyasiya zamanı tükün uzunluğu ən azı 5 mm olmalıdır. Mumla depilyasiyadan sonra aşağıdakılara əməl edilməsi məsləhətdir:

Sakitləşdirici vasitələrdən istifadə etməyiniz məsləhətdir (pantenol, prisipka, talk) Depilyasiya olan zonanı tərkibində spirt olan vasitələrlə silmək olmaz. Prosedurdan sonra 1–2 gün hovuza, dənizə və s. getməmək tövsiyə olunur.

Kateqoriya:Depilyasiya