Nicat Rauf oğlu Rəhimov () — Azərbaycan aktyoru. Bozbash Pictures layihəsində canlandırdığı Şirin obrazı ilə tanınır. Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında canlandırdığı Qədir obrazı və Bacanaqlar serialında canlandırdığı İsmayıl (İska) obrazının öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib.

Həyatı Nicat Rəhimov 17 aprel 1986-ci ildə Bakı şəhərində dünyaya gəlib.

2005-ci ildə İncəsənət Gimnaziyasını bitirərək Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, 2009-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.

2006-cı ildən başlayaraq 4 il ərzində "Planet Parni iz Baku" komandasında aktyorluq fəaliyyəti ilə məşğul olmuşdur, sonra "Bozbash Pictures" layihəsində rol almışdır.

2011-2012-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərmiş və Sərvər obrazını canlandırmışdır.

2014-cü ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır və 2016-cı ilədək "Şirin çay" verilişində aparıcılıq fəaliyyəti ilə məşğul olmuşdur.

Azad Azərbaycan TV-də yayımlanan Buğlama serialında 6 obrazı məharətlə canlandıran istedadlı aktyor Nicat Rəhimov Azərbaycanın xalq artisti Yaşar Nurinin bacısı oğludur. .

İlham Namiq Kamalın və Teymur Əmrahın yanında özəl dərslər almışdır.

Evlidir, 2017-ci ildə Ülviyyə adlı xanım ilə ailə həyatı qurmuşdur.

Filmoqrafiya 2007 — Planeta Parni İz Baku 100 Kağız 2011 — Bozbash Pictures 2014 — Bacanaqlar 2015 — Ay Brilliant 2016 — Axrıncı Yol 2016 — Oğlan evi 2 2016 — Palata 106 2016 — Gizlənpaç 2017 — Toydan sonra nağara 2017 — Stalinin başı 2018 — Bir xalanın sirri 2018 — Əfsanə qayıdır 2018 — Qız qalası 2018 — Buğlama 2019 — Bombaltı 2020 — Vağzalı 2020 — Qız qaçırma 2024 — Alatava 2024 — Şirin

İstinadlar

Xarici keçidlər Nicat Rəhimov Kriminal, Komediya janrında olan yeni filimdə ciddi obraz kimi baş rola çəkilib "Bozbash pictures"in aktyoru Nicat Rəhimov əməliyyat olunub. "Ömrü boyu Yaşar Nuri ilə aramızda soyuqluq olub" Nicat Rəhimov “Şirin çay”dan getdi Nicat Rəhimov əməliyyat olundu Aktyor Nicatın xanımı ilə YENİ FOTOSU Aktyor Nicat Rəhimov: "Mənə Ferrari bağışlayıblar" Nicat Rəhimov: “Mən tanıyıram o qızları...” - Şirinlə şirin müsahibə... Nicat Rəhimov əməliyyat olundu “Bozbash Pictures”in Şirini: “Kişi əlində iki "vilka" ilə üstümə yeriyib... ” "Şirin" evləndi “Bozbash Pictures”in Şirininə xanımından dəyərli hədiyyə Obrazı başına bəla oldu – “Bozbaş”ın Şirininə TƏZYİQ

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları