1984 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 29-cu Avroviziya Mahnı Müsabiqəsidir. Korinn Ermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə 1983 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1984-cü ildə Lüksemburq dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1984 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" zalında keçirilmişdir. Müsabiqə 1984-cü ilin 5 may tarixində baş tutmuşdur.
1984-cü ildə İrlandiya bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin Lüksemburqda keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. İsrail ilə bərabər Yunanıstanda maliyyə çətinliklərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İsveç təmsilçiləri "Herreys" qrupu ifa etdikləri "Diggi-Loo Diggi-Ley" adlı mahnı ilə qalib gəlmişlər. Bu sonuncu dəfə Avroviziyada 1974-cü ildə məşhur ABBA qrupunun təmsilində qalibiyyət əldə edən İsveçin müsabiqədə ikinci qələbəsi idi.
Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 İsveçcə Herreys "Diggi-Loo Diggi-Ley" Diqqi-lu Diqqi-ley 1 145 02 Fransızca Sofi Karl "100% d'amour" 100% sevgi 10 39 03 Fransızca Annik Tumazyu "Autant d'amoureux que d'étoiles" Sevənlər ulduzlar qədər çoxdur 8 61 04 İspanca, İngiliscə Bravo "Lady, Lady" Xanım, xanım 3 106 05 Norveçcə Dollie de Luxe "Lenge leve livet" Yaşasın həyat 17 29 06 İngiliscə Belle & the Devotions "Love Games" Sevgi Oyunları 7 63 07 Yunanca Endi Pol "Anna Maria Lena" (Άννα Μαρία Λένα) Anna Mariya Lena 15 31 08 Fransızca, İtalyanca Jak Zeqers "Avanti la vie" Həyatını irəli apar 5 70 09 İngiliscə Linda Martin "Terminal 3" - 2 137 10 Danca Hot Eyes "Det' lige det" Bu qədər 4 101 11 Niderlandca Maribelle "Ik hou van jou" Mən səni sevirəm 13 34 12 Monteneqrcə, İtalyanca Vlado və İzolda "Ciao, amore" Sağ ol, sevgilim 18 26 13 Almanca Anita "Einfach weg" Sadəcə get 19 5 14 Almanca Mari Roos "Aufrecht geh'n" Fəxr etmək 13 34 15 Türkcə Beş Yıl Önce, On Yıl Sonra "Halay" Halay 12 37 16 Fincə Kirka "Hengaillaan" Gəzək 9 46 17 Almanca Rainy Day "Welche Farbe hat der Sonnenschein?" Günəş işığı nə rəngdir? 16 30 18 İtalyanca, Almanca Alis və Franko Battiato "I treni di Tozeur" Tauzara qatar 5 70 19 Portuqalca Mariya Qino "Silêncio e tanta gente" Sakitlik və nə qədər adamlar 11 38
Nəticələr Səsvermə nəticələri Cəmi İsveç 145 6 6 4 10 7 12 7 12 12 10 4 12 12 3 8 10 6 4 Lüksemburq 39 7 7 5 5 8 4 3 Fransa 61 2 2 6 3 10 12 8 4 7 7 İspaniya 106 10 8 10 6 4 6 3 7 7 2 2 6 12 3 8 12 Norveç 29 8 7 1 3 2 6 2 Böyük Britaniya 63 3 1 3 8 2 2 8 1 4 1 2 7 1 4 10 6 Kipr 31 4 1 4 10 12 Belçika 70 12 12 2 3 8 3 4 5 10 1 10 İrlandiya 137 12 5 3 10 4 8 10 12 3 7 10 10 10 7 12 12 2 Danimarka 101 5 3 8 6 12 12 5 8 10 3 6 4 5 2 5 1 5 1 Niderland 34 2 7 8 1 6 5 5 Yuqoslaviya 26 2 3 8 3 8 2 Avstriya 5 1 4 Almaniya 34 4 7 2 6 2 5 1 2 5 Türkiyə 37 6 5 4 2 1 10 3 6 Finlandiya 46 7 5 1 5 4 6 3 5 1 6 3 İsveçrə 30 1 10 1 5 8 1 4 İtaliya 70 10 12 1 7 6 7 12 7 8 Portuqaliya 38 4 5 6 7 8 8
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:1984-cü ildə Lüksemburq