Azad Həmzə oğlu Əliyev () — skripkaçı, Azərbaycanın əməkdar artisti (1959), Azərbaycan SSR xalq artisti (1982).
Həyatı 1951–1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir.
Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur.
1970–1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.
İstinadlar
Xarici keçidlər Görkəmli musiqi xadimləri — Azad Əliyev
Kateqoriya:Azərbaycan klassik skripkaçıları Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar