Ermənistan HHQ () — inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İlyuşin İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistanın hava məkanının mühafizəsini bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazada yerləşdirilmiş Rusiyanın 18 ədəd MiQ-29 qırıcısı təmin edir. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə etmişdir. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olmuşdur. Amma maraqlısı odur ki, heç Sovetlər İttifaqı dövründə də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmamasına görə Cənubi Qafqazda Su-27 saxlamamışdır. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyildir.

Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni Hava Limanındakı 3624 saylı aviabazada saxlanılır.

Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlandırılmışdır. Bunların sırasında Osa M79-U, Kruq, S-125 və 102-ci bazada yerləşdirilmiş səkkiz buraxılış qurğusunda olmaqla 24 ədəd S-300 zenit raketi daxildir. Hazırda HHMQ-də 3 min nəfər xidmət edir. Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları ən azı 3 divizion S-300PT-1-ə malikdir ki, onlarında hər biri 12 buraxma qurğusundan ibarətdir. Başqa bir məlumata görə isə 1 divizion da S-300PТ-1 keçmiş Dağlıq Qarabağda yerləşdirilmişdi.Ermənistanın Hava Hücumundan Müdafiə Qoşunları ən azı üç divizion S-300ПТ-1 malikdir Defence.az

Ermənistan HHQ-yə aşağıdakı zenit-raket kompleksləri daxildir: S-300 raketləri, "Scud B" ballistik raketləri, "Krug 2K11" yer-hava raketləri, 9K33 Osa qısa məsafəli taktiki yer-hava raket sistemi, "Strela 9K35", S-125 Neva/Pechora yer-hava raketləri, "Strela 9K32" yer-hava raket sistemi, ZSU-23-4 Şilka, ZU-23, ZU-23M özüyeriyən zenit sistemi, P-40, P-15 və P-12 radarları.

thumb|right|Ermənistan Hərbi Hava Qüvvələrinə mənsub olan Su-25 təyyarələri

Tarixi 1980-ci illərin sonlarından etibarən SSRİ- də tədricən dağılma prosesi güclənir, respublikalar daxilində ayrı-ayrı hərbi qruplaşmalar formalaşmağa başlayırdı. Sistem daxilində parçalanmadan istifadə edən ermənilər artıq, 1989-cu ildən etibarən hərbi qruplaşmalar yaratmağa çalışırdı. Ermənistan rəhbərliyi tərəfindən yaradılan bu qruplaşmalar, yerli azərbaycanlılara qarşı qırğınlarda və deportasiya proseslərində birbaşa iştirak edirdi. SSRİ-dən ayrılmaq istəyi ilə yanaşı Ermənistan rəhbərliyi daha da irəli gedərək ordu quruculuğu fonunda hərbi hava qüvvələrinin yaradılması prosesini (halbuki hələ SSRİ dağılmamışdı) tezləşdirmək istəyirdi.

SSRİ-nin dağıldığı zaman, Ermənistanda reaktiv döyüş aviasiyası olmayıb. Döyüş aviasiyasının olmaması Ermənistan hərbi hava qüvvələrinin formalaşmasını 1992-ci ilin avqustuna qədər təxirə saldı. 1990-cı il dekabrın 19-da "Avropada Adi Silahlar üzrə" müqaviləyə əsasən Ermənistana havadan müdafiə sistemi ilə yanaşı üç əməliyyat təyyarəsi (1992-ci ilin yayında Rusiya rəsmi olaraq Ermənistana ilk iki SU- 25 və SU- 25 UB döyüş təyyarələrini verib) və on üç silahlı helikopter qaldı. Döyüş helikopterləri qrupu 1991-ci ildə keçmiş 7 — №-li Qvardiya helikopter alayının 382 saylı əlahiddə helikopter eskadrilyasının (İrəvan yaxınlığında keçmiş 32823 saylı hərbi hissə) əsasında formalaşdırıldı.

Bununla yanaşı, bölgüyə əsasən Ermənistan üçün Mİ-8 və Mİ-24 hərbi helikopterləri verilir. Ermənistan 1991-ci ildə altı An-2, bir An-24 və bir An-32B nəqliyyat təyyarələrini, həmçinin 10 Yak-52 təlim təyyarəsini qəbul edir. Noyabr ayında isə Rusiya Ermənistana daha 4 ədəd SU-25 təyyarələrini göndərir. Belə ki, SU-25-lərin göndərilməsi ermənilərə ilk həmlə eskadrilyasını təşkil etməyə imkan versə də, təyyarələr döyüş əməliyyatlarında istifadə edilməyib.

Qarabağ müharibəsi Ermənistanı 1992–1994-cü illər üçün hərbi hava və hava hücumundan müdafiə sahəsində tədbirlər görməyə vadar etdi. Ümumiyyətlə Ermənistan aviasiya ilə bağlı sərmayeni daha çox hava hücumundan müdafiə sahəsinə yönləndirib. Rusiya tərəfdən texniki yardım, havadan müdafiə silah-sursat və avadanlıqlarının göndərilməsi nəticəsində Ermənistan bir il ərzində hərbi hava qüvvələri sahəsində irəliləməyi bacardı. Nəticə etibarilə 1992-ci ildən başlayaraq formalaşdırılan havadan müdafiə sistemi öz rəsmi fəaliyyətini 1994-cü ilin aprelində elan etdi. Lakin Ermənistanın hərbi rəhbərliyi bunu qənaətbəxş hesab etmədi. Bu səbəblə 1994-cü ilin sonuna qədər Ermənistan hərbi hava qüvvələri təxminən beş-altı Su-25, iki L-39 və on Yak-52 təlim təyyarəsi, altı An-2, iki An-72, bir Tu-134 nəqliyyat təyyarəsi və iki Mİ-2, yeddi Mİ-8/Mİ-17, on beş ədəd Mİ-24 helikopterləri aldı. Azərbaycan və Türkiyəyə nisbətən çox zəif inkişaf etmiş erməni ordusunu gücləndirmək üçün Rusiya onunla 16 mart 1995-ci ildə 25 illik müqavilə bağladı. Bundan sonra, 27 sentyabr 1996-cı ildə Gümrü və İrəvanda Rusiya hərbi bazalarının yaradılması barədə müqavilə imzalandı. Rusiyaya məxsus aviasiya qüvvələri Ermənistanda yerləşən 426 — №li qırıcı eskadronda, 700 — №li Hava Nəqliyyatına Nəzarət mərkəzində və İrəvandan kənarda yerləşən 3624 — №li Yerebuni hava limanında yerləşdirilib. Araşdırmalara görə, məhz 426 — №li qırıcı eskadrona Rusiya tərəfindən 18 MİQ-29 təyyarəsi (məlumatlara görə hal-hazırda Yerebuni aeroportundakı 3624 saylı aviabazada saxlanılır) göndərilib.

Rusiyanın MİQ-29 təyyarələrinin Ermənistana gətirilməsi dörd mərhələ ilə həyata keçirilib;

1) 16 dekabr 1998-ci ildə beş ; 2) 26 fevral 1999-cu ildə beş; 3) 18 iyunda daha dörd; 4) son olaraq 1999-cu il 22 oktyabrda dörd təyyarə.

Ermənilər Rusların bu təyyarələrini yerləşdirmək üçün ilkin olaraq bunu Ermənistan hərbi hava qüvvələrinə çatdırılma kimi təhrif etdi. Rusiya MİQ-29 təyyarələrini əvvəl yerləşdirdiyi MİQ-23 döyüş təyyarələri ilə əvəz edilə bilərdi. MİQ-23 və MİQ-29-ların birgə sayı isə İrəvanda bəlkə də otuzdan çoxdur. Ermənistana MİQ-23 təyyarələrinin yenidən göndərilməsi haqqında da iddialar var. 2004–2005-ci ildən etibarən Ermənistan hava qüvvələrinin genişləndirilməsinə başlandı. 2004-cü ildə 1 milyon $ qiymətində Slovakiyadan on Su-25 alındı. Təyyarələrin çatdırılması 2005-ci ilin sentyabrında başa çatdı. Bununla yanaşı 2004-cü ilin mayında Rusiya və Ukraynadan bir cüt L-39C təlim təyyarələri, həmçinin həmin ayda Rusiyadan iki İl-76 nəqliyyat təyyarəsi alındı.

2006-cı ildə hələ də öz təsdiqini tapmayan məlumatlar yayıldı. Guya Ermənistan Rusiyadan on Su-27 təyyarəsi alıb. Bundan bir il öncə, 2005-ci ilin oktyabrında isə Azərbaycanda, Ermənistanın "on döyüş" təyyarəsi alması haqqında məlumatlar verilirdi. Lakin onların hansı təyyarələr olması bildirilmirdi. Azərbaycan hərbi mənbələrinə görə, təyyarələrin yalnız iki-üçü Su-27, qalanı isə Su-25 təyyarəsi və Mİ-24 vertolyotlarından ibarət idi. Araşdırmalara görə, alınan təyyarə və vertolyotlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müddəaları əsasında güzəştli şərtlərlə satın alınıb. Lakin bu günə qədər də Su-27 təyyarələrin alınması təsdiq edilməyib. Birinci Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil, ikincisi isə on Su-27 təyyarəsinin Rusiyadan satın alınması maliyyə baxımından Ermənistan üçün əlçatmazdır. Hərbi ekspertlərə görə, bu təyyarələr əgər Ermənistanda mövcuddursa o yalnız Rusiyaya məxsus hərbi qüvvələrə məxsus ola bilər. Məhz bu səbəbdən Rusiya Ermənistanda olan Su-27 təyyarələrini İrəvandakı öz şəxsi aviabazasında yerləşdirə bilərdi. Qeyd etmək lazımdır ki, SSRİ dövründə belə, havaya qalxma və manevrlər üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlanılmayıb.

Qarabağ müharibəsində iştirakı Ermənistan, SSRİ- nin süqutundan sonra yaranmaqda olan hərbi hava qüvvələrinin döyüş əməliyyatlarında iştirakını 1992-ci ilin oktyabrına qədər təxirə saldığını bildirir. Lakin tədqiqatçı Məmməd Vəliməmmədovun verdiyi məlumatlara görə, 13 iyun 1992-ci ildə Ağdərədə gedən döyüşlər zamanı pilotları polkovnik V. Qulayev və baş leytenant V. Tereşenko olan Mİ-24, Sırxavənd üzərində vurulub. Müharibə dövründə Ermənistan havadan dəstək üçün MDB-nin Birləşmiş Silahlı Qüvvələrinə daxil olan 382 saylı helikopter eskadrilyasından asılı idi. Daha sonra iyunun sonunda 382-ci helikopter eskadrilyası Ermənistan Silahlı Qüvvələrinə verildi. İlk erməni pilotları A. Abramyan, B. Babayan, S. Xanaqyan, Q. Baginyan, B. Xaçaturov, Q. Naxapetyan, Q. Kilofyan və b. oldular. Onları rusiyalı hərbi instruktorlar Vladimir Kolyanov və Leonid Didenko hazırlayıb. 1992-ci ilin iyunun 23-ü iki erməni Mi-24 helikopteri Qarabağa Mi-8 helikopteri ilə gələn general Andeasyanı müşayiət edərkən, Qubadlı batalyonunun döyüşçüləri tərəfindən vurulur. Mi-24-dən biri məhv edilir, digərini isə qəzalı vəziyyətdə yerə oturtmaq mümkün olur. Döyüşçülərimizin əraziyə çatmasına qədər Mi-8 helikopteri yerə qona bilən Mi-24-ün ekipajını öz bortuna alıb, uzaqlaşa bilir. Yerdə qalan erməni Mi-24-ü isə təmir edilərək ordu ilə döyüşlərdə iştirak edir.

Göstərilən məlumatlar hələ Ermənistan hərbi hava qüvvələrinin rəsmi şəkildə yaranmadığı, yəni avqust ayına qədər olan bir dövrünü əhatə edir. Araşdırmalara görə, artıq avqustda öz hərbi hava qüvvələrini yaradan ermənilər elə həmin aydan başlayaraq ilk dəfə müxtəlif Mİ-24-lərdən istifadə etməyə başlayıb. Məlumata görə, Qarabağ səmasında Ermənistan ilk itkisini 1992-ci ilin sentyabrında Mİ-24 helikopterinin məhv edilməsi ilə yaşayıb. 1992-ci ilin oktyabr ayında ermənilər Qarabağ müharibəsində ilk və yeganə hərbi təyyarələrdən, Laçın (Hoçaz-Mişni-Pircahan) istiqamətində istifadə edib. Belə ki, Hocaz yüksəkliyi Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra, oktyabrda gedən döyüşlər zamanı ermənilər 2 ədəd Su-25 təyyarəsinin iştirakı ilə (həmçinin 11 ədəd Mİ-24) Azərbaycan ordusunun mövqelərinə hücum etdi. Hocaz əməliyyatına rəhbərlik etmiş polkovnik-leytenant Çingiz Əliyevin sözlərinə görə, hücum uğursuz alınıb və bundan sonra ermənilər tərəfindən döyüş təyyarəsi tətbiq edilməyib.

Qarabağ müharibəsi zamanı ermənilərin ikinci itkisi noyabrın 12-də Xocavəndə hücum zamanı baş verib. Bununla yanaşı, noyabrın 23-də iki Mİ-8, dekabrın 30-da isə başqa bir Mİ-8 helikopteri məhv edilir. Ümumiyyətlə müharibə ərzində MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin göstərdiyi dəstəklərə baxmayaraq, 1993-cü ilin yanvarın əvvəllərində də Ermənistanın bir Mİ-8, Mİ-24 və Su-25 (müxtəlif məlumatlara görə, ermənilər tərəfindən səhvən vurulub) məhv edilir. Ermənilərin daha bir Mi-24-ü isə 1993-ü ilin fevralın 26-ı uçuş zamanı aerodromda qəzaya uğrayaraq, 3 nəfər ekipajı ilə məhv olur. Əldə edilən uğurlara baxmayaraq qeyd etmək lazımdır ki, əməliyyatlar zamanı ordumuza məxsus üç helikopter və bir MİQ-21 (15 yanvarda) qaçırdılıb. Xatırladaq ki, bundan öncə 1992-ci ilin sentyabrında ermənilər Gürcüstandan bir SU-25-i də qaçırmağı bacarıblar. 1993-cü ilin martından etibarən ermənilər müharibəni anklavdan xaricə çıxararaq, Ermənistanla birbaşa yeni bir yol açmaq üçün Kəlbəcər istiqamətində işğalçı əməliyyatlara başladılar. Kəlbəcərə hücumda iştirak edən erməni Mİ-8 helikopteri isə gec də olsa apreli 16-da məhv edildi. Məhv edilən erməni helikopterindən sonra erməni qüvvələri 1993-cü ilin yay hücumu və 1994-cü ilin mayın əvvəli üçün heç bir təyyarə itkisi yaşamayıb.

thumb|right|Ermənistan Respublikasının Silahlı Qüvvələrinə məxsus olan Su-25 hücum təyyarələri Yerevandakı Respublika Meydanında V formasında çıxış edərkən.

Bazaları Ermənistan hərbi hava qüvvələri hava hücumu və hava hücumundan müdafiə sahəsində birgə fəaliyyət içərisindədir. Ermənistan hərbi hava qüvvələri dörd aviabaza, təhsil üzrə aviasiya eskadronu, aviasiya təhlükəsizlik qərargahı, aviasiya texniki xidmətlər batalyonlarından və aviasiya təmir hissələrindən ibarətdir: