Ferens Herçeq () — Macar yazıçı və dramaturq, milliyətçi mühafizəkar fikrin davamçılarından.
Həyatı Ferens Herçeq 1863-cü ilin sentyabr ayının 22-də Vrşaç şəhərində anadan olmuşdur. Ali məktəbə hüquq ixtisası üzrə daxil olmasına baxmayaraq, təhsilini ədəbiyyat sahəsi üzrə davam etdirmişdir. 1890-cı ildə ilk romanını nəşr etdirən Herçeq, 1895-ci ildə "Ui Dök" adlı jurnalın həm redaktoru həm yaradıcısı olmuşdur. Bu jurnal yarım əsr Macarıstanın mühafizəkar yuxarı və orta təbəqələrinin mətbu orqanı idi. O, 1896-cı ildə Macar parlamentinə seçilmişdir. 1901-ci ildə isə "Petüfi" cəmiyyətinin prezidenti olmuşdur.
Ədəbi fəaliyyəti Onun romanları özündə yumoru, sarkazmı və sosial tənqidi ehtiva edirdi. Bunun ən məşhur nümunəsi "Dyurkoviç qızları" () (1893) adlı əsəridir. Əsərdə ağıllı ana və onun 7 qızından söz açılır. 1912-ci ildə qələmə aldığı çox səs gətirən romanlarından biri- "Arzu ölkəsi" adlı romanı Amerikan biznes maqnatı və macar əsilli macəraçı arasında sonu qısqanclıq və cinayətlə bitən məhəbbət haqqındadır. Onun arxiyepiskop Tamas Bakoç haqqında qələmə aldığı tarixi romanı 1925, 1926, 1927-ci illərdə 3 dəfə "Nobel Ədəbiyyat" mükafatı namizədliyinə irəli sürülmüşdür. Sonralar o tərzini dəyişərək romanlarının məğzini daha "ciddi" bir yönə yönəltdi. Onun tarixi hadisələrlə zəngin ən çox səs gətirən romanı 1919-cu ilə qəlmə aldığı "Həyatın qapıları" () adlı romanıdır. Əsərdə rönesans dövrü İtaliyadan bəhs olunur. Bundan başqa Ferens Herçeqin "Üç cangüdən" () (1894), "Mavi tülkü qaçırıldı" () (1917) kimi sosial komediyaları və tarixi dram janrında yazılmış "Bizans" () (1904) və "Körpü" () (1925) adlı diqqətəlayiq əsərləri vardır.
Əsərləri Yuxarıda və aşağıda – 1890 () Mutamur- 1893 Dyurkoviç qızları – 1893, () Mülkədar Doovanın qızı- 1893 () Dyurkoviç oğlanları- 1895 () Hontinin evi- 1896, dram () İlk qasırğa- 1899, dram () Həyatın qapıları- roman, 1919 ()
Əsərləri üzrə çəkilən filmlər Yeddi bacı (1915, ABŞ) , () Polkovnik (1917, Avstriya-Macarıstan) , () Erotikon (1920, İsveç) Altının bacısı (1920, İsveç), () Rakoçinin martı (1933, Avtriya, Macarıstan), () Sensasiya (1936, Macarıstan), () Bütpərəst (1937, Macarıstan), () Mavi Tülkü (1937, Macarıstan), () Dyurkoviç oğlanları (1941, Macarıstan), () Son rəqs (1941, İtaliya), () Yeddi sevgili (1942, ABŞ), () Sirius (1942, Macarıstan), ()
İstinadlar
Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr yazıçıları