və ya Qafqaz sincabı () — Gəmiricilər dəstəsinin cinsinə aid heyvan növüdür. left|220px|thumb|İran sincabı
Xarici görünüşü Bədənin uzunluğu 215 – 255 mm, quyruğun uzunluğu 130 – 180 mm, pəncənin uzunluğu 50 – 60 mm, qulağın hündürlüyü isə 23 – 31 mm-dir. Xarici görünüşünə görə İran sincabı adidən fərqlənir. Bədənin üst tərəfinin ümumi rəngi qonur-boz, qaramtıl-qonur çilli, alt tərəfi isə paslı sarımtıl-qəhvəyidir. Quyruğu tünd şabalıdıdır. Qulaqları nisbətən gödək olub, uclarında adi sincablarda olduğu kimi fırçaları yoxdur. Pəncələrində 5 döyənək olur. Adi sincabların arxa ətrafları adətən ön ətraflardan 2 dəfə uzun olur. İran növündə isə bu fərq bir qədər azdır. Diş aparatının quruluşunda da fərqlər vardır. İran sincabının kəsici dişləri bir qədər qısa və zəif olub, üst çənələrində cəmi 1 yalançı kök diş var, adi sincabda onların sayı bir qayda olaraq hər tərəfdə iki ədəddir. Əmziklərinin sayına görə də fərqlənirlər. Adi sincabda 8, İran sincabında 10 əmzik olur Azərbaycanın heyvanlar aləmi. III hissə. Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004.
Yayılması Iran sincabı geniş areala malikdir. Bu növ iran, Suriya, Fələstin və Qafqaz ərazisində yayılmışdır.
Həyat tərzi Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir. K.A.Satuninin (1920) doğru olaraq qeyd etdiyinə görə məməlilərin əksəriyyəti kifayət dərəcədə gizli həyat tərzi keçirdirlər. Sincab bu ümumi qaydadan kəskin istisna təşkil edir və bütün günü fəal olur. Sincablar sığınacaqlarını koğuşlarda düçəldirlər. Koğuş olmadıqda gövdə haçalarında yarpaqlardan və budaqlardan sığınacaq qururlar. Toxum, qoz, fındıq, şabalıd, müxtəlif meyvələr, giləmeyvələr, meşə ağacları və kolların cavan pöhrələri ilə qidalanırlar Сатунини К.А. Млекопитающие Кавказского края // Труды музея Грузии, 1920, 2, II, 223 c.. İl ərzində üç dəfər çoxalır: yanvarın sonu- fevralın əvvəllərində, aprelin sonunda və iyulun ortalarından avqustun sonuna qədər. Bir nəsildə 2-4 bala olur. Xəzinə görə az miqdarda ovlansa da xəzin keyfiyəti aşağıdır və yüksək qiyməyləndirilmir.
Mənbə
Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1785-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası