Atauro (, ) — Şərqi Timorun ərazisində yerləşən iki adadan biri (ikinci ada — Jaku adası). 2010-cu il məlumatına görə adada 8602 nəfərDirecção Nacional de Estatística: 2010 Census Wall Chart (English) (PDF; 2,7 MB) təşkil edir. Əhalinin böyük əksəriyyəti Maumeta şəhərində yerləşir. Ada Dili şəhər dairəsinə daxildir.

Adı Yerli dildən tərcümədə adanın adı "Keçi" mənasını verir. Görünür, bu, adada vaxtı ilə çoxlu sayda keçinin saxlanılması ilə əlaqədardır.

Coğrafiyası Adada şirinsu mənbəyi çatışmır. Adada olan su mənbələri tam təminata imkan vermir. 2004-cü ildə Portuqaliya bu məqsədlə əraziyə maliyyə ayırmışdır. Adada iki mövsüm vardır:quru və yağışlı Rütübətli tropik meşələr dağ arası vadilər üçün xarakterikdir. Adanı Timora bərə birləşdirir. Bərə ilə yolçuluq 2 saat çəkir.

İstinadlar

Kateqoriya:Şərqi Timor adaları Kateqoriya:Vulkanik adalar Kateqoriya:2022-ci ildə yaranmış dövlətlər və ərazilər