Vampirin gündəlikləri teleserialının VII mövsümünün çəkiləcəyi CW tərəfindən 11 yanvar 2015-ci ildə elan edilmişdi. Yeddinci mövsümün premyerası 8 oktyabr 2015-ci ildə baş tutmuş və mövsümün final seriyası 13 may 2016-cı ildə efirə verilmişdir. Yeddinci mövsümdə serialın əsas ulduzlarından biri Nina Dobrev rolunu tərk etmişdir.

Məzmunu Altıncı mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilberti itirdikdən sonra həyatlarına davam etməyə çalışan Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşlarına ayrılmışdır.

Rollarda

Əsas heyət

Pol Uizli — Stefan Salvatore/Saylas Yan Somerhalder — Deymon Salvatore Ketrin Grehem — Boni Bennet Kendis Akkola — Keralayn Forbs Zak Roerig — Mett Danovan Maykl Malarkey — Enzo Sent-Con Metyu Devis — Alarik Zoltsman

İkinci heyət

Elizabet Blekmor — Valeri Tull Skarlett Birn Nora Hildeqard Teressa Lieyn — Mari-Luiza Ceyden Keyn — Beau Todd Lasens — Culian Lesli-Enn Haff — Reyna Kruz Ana Nogiera — Penni Ares Mouzam Makkar — Aleksandriya "Aleks" Sent-Con Lili Rouz Mamford — Cozetta "Cozi" Zoltsman Tirni Mamford — Elizabet "Lizzi" Zoltsman

Xüsusi qonaq Enni Verşinq — Lili Salvatore Maykl Trevino — Tayler Lokvud Cozef Morqan — Klaus Mayklson

Qonaq

Castis Lik — Malkolm Codi Lin O'Kif — Cozetta "Co" Laflin (Florens tərəfindən ələ keçirilmiş) Tim Kenq — Oskar (özü; Simurq daşından çıxmış naməlum vampir tərəfindən ələ keçirilmiş) Con Çarlz Meyer — gənc Cüzeppe Salvatore (fleşbek) Gevin Kasaleno — gənc Deymon Salvatore (fleşbek) Lyuk Cudi — gənc Stefan Salvatore (fleşbek) Aleks Mauriello — Kristal Evan Qembl — Henri Uoattls Ayşə Duran — Virciniya Sent-Con Rayan Dorsi — Marti Hammond (Stefan Salvatore trərəfindən ələ keçirilmiş) Nina Dobrev — Yelena Gilbert (titrlərdə qeyd edilmir; yalnız səs)

Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)

İstehsal

Aktyor seçimi Beşinci mövsümdə Pol Uizli Stefan Salvatore; Yan Somerhalder Deymon Salvatore; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett obrazlarını canlandırmışdır.

6 aprel 2015-ci ildə Nina Dobrevin altıncı mövsümün sonunda serialı tərk edəcəyi açıqlanır; yeddinci mövsümdə Maykl Trevinonun yalnız qonaq aktyor qismində iştirak edəcəyi təsdiqlənmişdir; 11 aprel 2015-ci ildə Ceremi Gilbert rolunu canlandırmış aktyor Stiven R. Makkuinin də serialdan ayrılması elan edilmişdir.

15 iyul 2015-ci ildə Skarlett Birn və Teressa Lieynin müvafiq olaraq Nora və Mari-Luiza rollarını canlandıracaqları açıqlanır. Nora və Mari-Luiza həddən artıq güclü, həm də eynicinsli cütlük olduqlarına görə bir-birlərini müdafiə etməyə meyilli personajlar kimi təsvir edilirlər. Həmçinin Elizabet Blekmor Valeri rolu üçün seçilir. Üçlük Lili Salvatorenin Dönüklər ailəsinin üzvü olur. 5 noyabr 2015-ci ildə Lizli-Enn Haffın Reyna rolunu oynayacağı bildirilir.

İstinadlar

Kateqoriya:Vampirin gündəlikləri Kateqoriya:2015-ci il ABŞ televiziya mövsümü Kateqoriya:2016-cı il ABŞ televiziya mövsümü