Piridoksalfosfat (PLP) B6 vitamininin bioloji aktiv koenzim formasıdır. B qrupu vitaminləri suda həll olan və orqanizm üçün vacib olan vitaminlərdir. Bu qrupa B1, B2, B3, B5, B6, B7, B9 və B12 vitaminləri daxildir. B6 vitamini (piridoksin, piridoksal və piridoksamin) amin turşularının mübadiləsində, neyrotransmitterlərin sintezində və sinir sisteminin normal fəaliyyətində mühüm rol oynayır. Piridoksalfosfat isə bir sıra fermentativ reaksiyalarda koenzim kimi iştirak edir.
Haqqında
B6 vitamini amin turşularının mübadiləsində, zülal və lipid metabolizmində, qlükoneogenezdə, qlikogen metabolizmində, neyrotransmitterlərin sintezində və hemoglobinin yaranmasında mühüm rol oynayır. B6 vitamininin bioloji aktiv forması olan piridoksalfosfat bir sıra fermentlər üçün koferment funksiyasını yerinə yetirir (Combs G.F., 2008).
Ədəbiyyat Старчина Ю.А. Ж.Неврология, нейропсихиатрия, психосоматика 2009, 2, стр.84-87. Combs G.F. The vitamins : fundamental aspects in nutrition and health editor, —3rd ed. p.;Elsevier Academic Press publications U.S.A., 2008, Suite 400, Burlington, USA Mooney S., Leuendorf J.E., Hendrikson C. et al. Vitamin B6 a long known compound of surprising complexity. Molecules., 2009, Vol.14 (1) – P.329–351. Луцкий И.С.,Лютикова Л.В., Луцкий Е.И. Витамины группы В в неврологической практике. Междунар.неврол.ж.,2008,2,89-93
İstinadlar
Kateqoriya:B vitamini