Fəhəd əl-Mirdasi (; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimiDünya çempionatına təyinat almış futbol hakimi həbs edildi . qaynarinfo.az, 14.05.2018 .

Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır. Bu səbəbdən o, həbs edilmişdir.

Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.

İstinadlar

Kateqoriya:Ər-Riyadda doğulanlar Kateqoriya:Futbol hakimləri