Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.

Qısa təsviri Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir. Göz bəbəyi çatdaqşəkilli, şaqulidir. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir. Cinsi demorfizm nəzərə çarpır – erkəklər dişilərdən fərqlənir. Ömrünün uzunluğu 15 ildir..Məməlilər (AMEA-nın Zoologiya İnstitutu )

Yayılması Kiçik və orta Asiya, Cənubi Qafqaz, Hindistan, Çinə doğru ərazilərdə yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.

Yaşayış yeri və həyat tərzi Soyuq hava şəraitinə qarşı davamsızdır. Bəzən insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Cütləşmə fevral-mart aylarında baş verir və pişiklər üçün xarakterik olan erkək fərdlərin bərk qışqırıqları ilə müşahidə olunur. Hamiləlik dövrü 66 gün davam edir. May ayında 2 - 5 bala doğulur. Yarım ildən sonra cinsi yetişkənliyə çatır. Heyvanlar cütləşmə dövründə insanlar üçün təhlükəli ola bilər. Qidasının tərkibi məskunlaşma zonasından asılıdır. Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlar və ərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ yeyir.Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.

Məhdudlaşdırıcı amillər Yaşayış yerlərinin deqradasiyası sayında kəskin azalmaya səbəb olmuşdur

Qorunması üçün qəbul edilmiş tədbirlər İUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri mövcud deyil.

Qorunması üçünt məsləhət görülmüş tədbirlər əsas yaşayış biotopları olan qamışlıq ərazilərdə brakonyarlər və çobanlar tərəfindən yanğınlar törədilməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirlərinin gücləndirilməsi

Yarımnövləri Felis chaus chaus, Türkiyə, Qafqaz, İordaniya, Livan, Suriya, İsrail, İraq, İran, Pakistan, Afghanistan, Rusiya , Mərkəzi Asiya Felis chaus affinis, Kashmir , Nepal, Butan Felis chaus fulvidina Tayland, Laos, Kamboca və Vyetnam Felis chaus furax Felis chaus kelaarti, Şri Lanka Felis chaus kutas, Hindistan, Pakistan Felis chaus maimanah Felis chaus nilotica, Misir Felis chaus oxiana Felis chaus prateri, Qərbi Hindistan

Ədəbiyyat Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013. Аzərbaycan faunası. Məməlilər (Mammalia). Bakı: Elm, 1978. с.159-161. 2. Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522. 3. Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4. Насибов С.Б., Гидаятов Ю.Х. 1985. Распространение и численность камышового кота на Большом и Малом Кавказе в пределах Азербайджана. Баку. c. 120-131.

İstinadlar

Xarici keçidlər Entry in IUCN Red List of Threatened Species 2009.2 Cat Specialist Group Species Accounts: Jungle Cat (Felis chaus)

Həmçinin bax Çöl pişiyi

Kateqoriya:Pişik Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Cənubi Asiya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1777-ci ildə təsvir edilən məməlilər