Hadisələr 18 fevral — Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub. Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlanıb. 1991-ci ilin sonunda bu mübarizə Yeltsinin xeyrinə (SSRİ-nin süqutu ilə) başa çatdı. 15 mart — Hələbcə şəhərinə zəhərli qaz hücumu 16 mart — Fələstinin müstəqillik qazanması. 15 may — SSRİ birlikləri Əfqanıstandan çəkilməyə başladı. 17 avqust — Pakistan prezidenti Məhəmməd Ziyaülhaqq təşkil edilən təxribat səbəbiylə təyyarə qəzasında öldürüldü. 19 avqust — İran-İraq müharibəsində atəşkəs elan edilməsi. noyabr - Əlcəzairdə toplanmış Fələstin Milli Şurası tərəfindən müstəqil Fələstin dövlətinin yaradıldığının elan edilməsi. 8 noyabr — Amerika Birləşmiş Ştatlarında prezident seçkilərində Corc Herbert Uoker Buş səs çoxluğu ilə rəqibi Demokrat Partiyasının namizədi Maykl Dukakisı arxada qoyaraq Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti seçilməsi. 2 dekabr — Bənazir Bhuttonun Pakistanda baş nazir seçilməsi. Beləcə bir İslam ölkəsində hökumət başına gələn ilk qadın oldu. 7 dekabr — Ermənistanda baş verən Rixter şkalasına görə 6.9 şiddətindəki zəlzələ nəticəsində 25,000 adam öldü, 400 min adam evsiz qaldı. 19 fevral - Azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan separatçılıq hərəkətlərinə etiraz olaraq Bakıda ilk mitinqin - kütləvi çıxışın baş verməsi. 20 fevral - Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputataları Sovetinin sessiyasında vilayətin Ermənistana birləşdirilməsi tələbi ilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılması. 22 fevral - Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşmanın baş verməsi. Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat - erməni əhalinin evlərinə basqınlar törədilməsi. 17 noyabr — Azərbaycanda xalqın Sovet hakimiyyətinə qarşı birlik olub mitinqlərə başlaması.
Doğumlar 19 yanvar — Aleksey Vorobyov, Rus müğənnisi və aktyoru. 7 fevral — Mübariz İbrahimov, Azərbaycan Milli Ordusunun giziri, Milli Qəhrəman 5 may — Adel, Britaniya müğənni və söz yazarı 3 iyun — Mariya Stadnik, Azərbaycan güləşçisi. 15 oktyabr — Məsud Özil, Almaniya futbolçusu 11 noyabr — Şərif Şərifov, Azərbaycan güləşçisi.
Ölümlər 2 iyun — Rac Kapur, hind aktyoru, rejissoru, prodüseri.