Mehmed Ərtoğrul Əfəndi () — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin oğlu.

Həyatı Mehmed Ərtoğrul Əfəndi 1912-ci ildə İstanbulda Çəngəlköydəki Vahidəddin köşkündə dünyaya gəldi. Anası Şadiyə Müvəddət xanım atasının üçüncü xanımı idi. Ailənin tək oğlu və ən kiçik uşağı olduğundan xüsusi təhsil aldı. Atası 1922-ci ildə sürgünə göndəriləndə, 10 yaşlı Mehmed Ərtoğrul da onunla birlikdə San-Remoya getdi. Atasının ölümündən sonra, anasıyla birlikdə Qahirəyə köçdü və 1944-cü ildə burada vəfat etdi. Cənazəsi Qahirədə Abbasiyə məzarlığında dəfn olundu.

Mənbə http://www.enfal.de/otarih44.htm https://web.archive.org/web/20060502151020/http://www.4dw.net/royalark/Turkey/turkey14.htm

İstinadlar

Kateqoriya:Osmanlı şahzadələri