Şaski Milli Parkı () — Ukraynanın Volın vilayətində yerləşən milli park.Туризм и рекреация MSU Touris. 712. ISBN 9785902690153

Ümumi məlumat Parkın ümumi sahəsi — 48 977 hektardır. Bunun parka məxsus olan ərazi 18 810 hektardır. Zonallaşdırılmış ərazi — 5 144,9 hektar, rekreasiya ərazisi — 12 971,1 hektar, stasionar rekreasiya zonası — 978 hektar, təsərrüfat zonası isə — 29 883 hektardır.

Flora: ümumi bitki növlərinin sayı — 789, bunlardan 32 növ Ukraynanın Qırmızı kitabına daxil edilib.

Fauna: park ərazisində 33 növ var və bunlar Qırmızı kitaba daxil olunub.

Şaski milli park USSR-nin Nazirlər Sovetinin 28 dekabr 1983-cü il, № 533 qərarı ilə yaradılmış. Ümumi sahəsi 32 5150 hektar olmuşdur. SSRİ Nazirlər Sovetinin 31 mart 1986-cı il, № 159 qərarı ilə parka əlavə 6 761,8 hektar sahə ayrılmış. Ukrayna Prezidentinin 1999-cu il, № 992 qərarı ilə ərazinin sahəsi 48 977 hektara çatdırıldı. Milli parkda 126 əməkdaş çalışır. Onlardan 7 nəfəri - elmi sahəyə, 65 nəfər isə təhlükəsizlik xidmətinə aiddir.Відповідь Мінприроди України від 8.10.2014 р. № 5/3-9/12279-14

Park ərazisi Avropanın böyük bataqlıq-göl-meşə kompleksi olan Polesye zonasının qərbində yerləşir. Bu zona Ukraynanın şimalında, Belarusun cənubunda, qismən isə Polşa və Rusiya Federasiyasının ərazisinə yerləşir. Bu əraziyə tipik Qərbi Polesye ekosistemi xarakterikdir: göl, meşə, bataqlıq və çəmənlik. Şam ağacları üstünlük təşkil edir. Çəmənlik və su ekosistemi daha çox çay və göllərin yaxınlığında müşahidə olunur.Andriĭ Ivchenko. Vsi͡a Ukraina: putevoditelʹ. — Kartografīi͡a, 2005. — 662 с.

Ədəbiyyat

* Вірченко В. М. Мохоподібні природно-заповідних територій Українського Полісся. — Київ: ТОВ "НВП «Інтерсервіс», 2014. — 224 с. * Шацький національний природний парк : фотоальбом / [світлини: В. В. Андреєва та ін. ; уклад.: Ф. В. Зузун та ін. ; ред. І. П. Палиця] ; Східноєвроп. нац. ун-т ім. Лесі Українки. — Луцьк : Східноєвроп. нац. ун-т ім. Лесі Українки, 2013. — 399 с. : кольор. фот., табл.

Şəkillər Şaski Milli Parkıborder|200pxborder|200pxborder|200pxborder|200pxLyusimer gölüPesçanoye gölüPulemes gölüSvityaz gölü

İstinadlar

Kateqoriya:Ukrayna coğrafiyası Kateqoriya:1983-cü ildə yaradılmış qoruq əraziləri