Döyüşçü () — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar.
Süjet Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" () heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər. Buna baxmayaraq, vəzifəyə yenidən alınırlar. Ergenekon və ona bənzər məhkəmə işlərində həbs olunmuş əsgərlər həbsdən çıxarılır və vəzifələrinə geri dönürlər. Vəzifələrinə geri qayıtdıqdan sonra, Qılınc Əməliyyat Qrupu üzvləri sərhədyanı ölkələrdə əməliyyatlara qatılır və PKK teror qruplaşması ilə vuruşurlar.
Rollarda Obraz Aktor BölümləmKapitan Kağan BozokBərk Oqtay1-h.h.Polkovnik Xəlil İbrahim KopuzMurad Sərəzli1-h.h.Kapitan Heydər BozqurdSarp Ləvəndoğlu21-h.h.Aslı ÖzqaynaqUlduz Çağrı Atiksoy1-h.h.Baş leytenant Sərdar TürkmənFırat Albayram1-h.h.Gizir Baş Köməkçisi Bayram Bayat Bürc Kümbətlioğlu1-h.h.Leytenant Murad GündoğduƏlican Albayrak1-30Feldfebel Əmrə Durmuş Uğur Biçər1-h.h.Feldfebel Qalib Aygün Bahadır Vətənoğlu1-h.h.Feldfebel Turan HüseynoğluHakan Dincqol1-h.h.Səlvər BozokNazan Dipər1-h.h.Baş çavuş Səlcuq Yenilməz Doğan Bayraqdar1-h.h.Ulduz BozokZeynəb Elçin1-h.h.Xədicə Bayat Yeliz Ağqaya1-h.h.Ekspert Jandarma III Dərəcəli Çavuş İlyasƏli Tarıq Fındıq1-h.h.Baş leytenant Burak komandirƏhməd Qayakəsən1Leytenant ÇiğdəmQayə Turqut11-h.h.
Kateqoriya:2017-ci ildə başlayan Türkiyə teleserialları