thumb| Boka Xuniors () — Buenos-Ayresi təmsil edən ən güclü və ən məşhur Argentina futbol klubundan biri.
Tarixi left|thumb|200x200px|Boka Xuniors klubuna aid ilk foto. 1906-cı il Atletiko "Boka Xuniors" klubu 3 aprel 1905-ci ildə italyan və yunan oğlanların qrupu tərəfindən Buenos-Ayresin mərkəzi rayonu La-Bokada yaradılmışdır. Bəzi müzakirələrdən sonra Esteban Balletto, Alfredo Skarpati, Santiaqo Sana və Xuan və Teodoro Farenqa qardaşları yeni komandanın adını Boka Xuniors qoymağa razılaşdılar. Bir sıra yoldaşlıq oyunlarından sonra, Boka Xuniors 1906-cı ildə ilk kubokunu - "Reformist Kuboku"nu (Copa Reformista) qazandığı ilk matçında Vilya Lobos liqasında qeydiyyatdan keçdi. 1907-ci ildə klub Albion liqasında iştirak etdi və nəticədə qalib gəldi. 8 dekabr 1907-ci il Boka Xuniorsun oynadığı ilk beynəlxalq matç tarixi oldu. Onların rəqibi Montevideodan uruqvaylı"Universal" klubu idi. Bir sıra versiyalara görə, klub tez-tez ənənəvi mavi qızılı olaraq rəngləri dəyişmişdir. Klubun əfsanəsinə əsasən, 1907-ci ildə "Boka Xuniors" un futbolçuları eyni rəngləri olan digər komandalarla oynadılar, onlardan istifadə etmək hüququnu itirdilər. Daha sonra uzun müzakirələrdən sonra komanda La Boka limanına gələrək klubun bayrağının rənglərini seçməyə qərar verdi. Gəmi İsveçdən olduğu üçün klub rəngləri mavi-qızılı oldu. Buradakı gəmini bir sıra tarixçilər inkar etsələr də, bu gəmi Kopenhagendən gələn bir 4.146 ton ağırlıqlı Drottning Sofiya adlı İsveç yük gəmisi idi. Həmin tarixçilərin fikrincə, Boka Xuniorsun rənglərini götürəcəyi gəmi, 5 fevral 1907-ci ildə La Boki limanına gələn "Oscar II" idi. Qeyd edək ki, formanın ilk versiyası daha sonra üfüqi olan sarı bir diaqonal zolaq idi. 1908-ci ildə "Boka Xuniors" Argentina Futbol Assosiasiyasına qoşulub və Sequndada debütünü "Belqrano II" üzərində 3: 1 hesablı ilə qələbə ilə rəsmiləşdirdi. Boka Xuniors qruplarının müsabiqələrində qalib gəldikdən sonra sonra play-offa çıxdı, lakin minimum hesabla "Rasinq"ə məğlub olduEl debut oficial de Boca: la génesis de una gran historia by Oscar Barnade, Clarín, 3 May 2017. 1910-cu ildə kluba yenidən "Rasinq" ilə oynamaq hüququ verildi. Komanda ilk mövsümünü beşinci yerdə tamamladı. Daha sonra üçüncü yer tutub növbəti mövsümü müvəffəqiyyətlə keçdi. Bu dövrdə 1913-cü ildə "Boki" nin 2: 1 hesabı ilə qələbəsi ilə başa çatan oyun məşhur "Superclassico"da "River Plate" ilə baş tutdu.
Emblemlərin təkamülü
Formaların təkümülü
Əsas formaların təkamülü
Formaların xüsusi və yubiley varinatı
(*) bu forma yalnız iki matçda istifadə edilib.
Rekordlar thumb|Martín Palermo Boka Xuniorsun ən çox qol vuran oyunçusudur. SıraOyunçuMövqeMüddətQol sayı1 Martin PalermoHücumçu1997–01, 2004–112362 Roberto ÇerroHücumçu1926–38221 Fransisko VaralloHücumçu1931–391944 Dominqo TaraskoniHücumçu1922–321935 Xaime SarlanqaHücumçu1940–481286 Mario BoyeHücumçu1941–49, 19551237 Delfín Benítez CáceresHücumçu1932–381158 Pio KorsueraHücumçu1941–48989 Pedro KalominoHücumçu1911–13, 1915–249610 Xuan Román RiquelmeYarımmüdafiəçi1996–02, 2007–1492
Xarici keçidlər
Boca Juniors results and statistics at RSSSF History of Boca Juniors at Historiadeboca.com.ar Player biographies at Informexeneize.com.ar center|1000px
İstinadlar
Kateqoriya:Boka Xuniors FK Kateqoriya:1905-ci ildə yarananlar Kateqoriya:Argentina futbol klubları Kateqoriya:Qitələrarası kuboku qazanan klublar Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Buenos-Ayres futbol klubları