Ninety One və ya 91 (; ) — 2015-cü ildə JUZ Entertainment tərəfindən qurulmuş Q-pop qrupu. Qrupun prodüseri ORDA qrupun üzvü, Yerbolat Bedelxandır.Ninety one qrupu 5 üzvdən ibarətdir:ACE,ALEM,ZAQ,A.Z,BALA

Tarixi

Qrupun adı Qazaxıstanın müstəqilliyini qazanması ilə əlaqəlidir( Qazaxıstan öz müstəqilliyini 1991-ci ildə qazanmışdır).Qrup 2014-cü ildə K-Top Idols layihəsi əsasında yaradılmışdır. ZAQ ilə A.Z. bu layihənin qalibləri idi, ALEM ilə BALA isə onlara kastinq nəticəsində qoşulmuşdur. Cənubi Koreyanın S.M. Entertainment agentliyində oxuyandan sonra, ACE də qrupa qoşulub. Əvvəl qrupun adları KTI-boys və W idi. Amma, 2015-ci ilin sentyabrın 1-də Aýıptama (kiril Айыптама ) adlı ilk sinqlı və onun musiqi videosunu buraxıb, qrupun adını indikinə dəyişiblər. Həmin musiqi videosu 20 həftə ərzində Qazaxıstan kanalların musiqi çartlarında baş yerləri tutmuşdur.Ninety One покинули хит-парад Həmin ilin dekabrın 1-də qrupun debüt Aýıptama mini albomu təqdim olunub..

2016-cı ilin iyunun 2-də Qaýtadan (kiril Қайтадан ) klipi üzə çıxıb, Gakku TV çartının başına qalxmışdır. 2016-cı ilin dekabrın 11-də Qalaý qaraýsıñ? (kiril Қалай қарайсың? ) klipi buraxılıb. Bu mahnı Glaмұр для дур filmin sauntrekidir. Gakku TV çartının birinci yerində 20 həftə ərzində durmuşdur..

Bundan sonra daha bir neçə klip buraxılıb. 2017-ci ilin avqustun 21-də çıxan MOOZ () musiqi videosu çıxıb. Bu mahnı az sonra, avqustun 24-də çıxan, qrup haqqında bəhs edən 91 filminin saundtrekidir.

2017-ci ilin oktyabrın 30-dan qrupun üzvləri iştrakı ilə Qaǵaz keme serialı yayımlanmağa başlayıb. 2016-cı ildən başlayaraq qrup Space adı altında videolar paylaşır. Bu videolarda Türkiyəni və Koreyanı gəzdiklərini bildirirlər. Türk ölkələri arasında çox tanınmış qrup 2020-ci ildə Azərbaycana gəlməyi planlaşdırır. Ninety one bir neçə dəfə Azərbaycana gəlmək istədiklərini və burada konsert vermək istədiklərini bildirib.

Diskoqrafiya

Mahnı adı Buraxılma tarixi Orijinal adı TərcüməsiАйыптама (Ayıptama)Qınama!08.10.2015Қайтадан (Qaytadan)Yenidən02.06.2016Қалай қарайсың? (Qalay Qaraysıñ?)Necə Baxırsan?12.12.2016Қайырлы түн (Qayırlı tün)Gecən XeyrəҰмытпа (Umıtpa)Unutma18.03.2016Su astySu Altı01.05.2017Yeski Taspa Bii'Köhnə Yazma Rəqsi05.06.2017BayauYavaşca10.07.2017MoozBuz21.08.2017Ah! Yah! Mah!Ayama31.12.2017E.YeahSahibi25.06.2018All i needTək ehtiyacım olan08.08.2018BoymanOğlan24.10.2018Why’mNiyə görüş01.01.2019Men emesMən deyiləm01.08.2019Bari biledBilirdi08.08.2019KoilekCoil13.08.2019OlarOlar20.08.2019

Qrup üzvləri

A.Z.

Azamat Baybolat oğlu Zenkayev — Qrupun lideri və reperidir. 28 sentyabr 1993-cü ildə Qazaxıstanın Atırau şəhərində doğulmuşdur. Ailəsinin ortancıl övladıdır, özündən böyük bacısı və kiçik qardaşı var. Gəmi Kapitanlığı fakültəsində təhsil almışdır. 7 il boksla məşğul olmuşdur. 2004-cü ildən bəri replə maraqlanır, rep döyüşlərində (Freestyle Battle) iştirak edir. 2006-cı ildən bəri isə yeraltı repdə (Underground Rap) püxtələşir. Həmçinin qrupun digər reperi ZaQ ilə,"K-Top Idols'' layihəsinin qaliblərindən biri olmuşdur. Hobbiləri peintboll oynamaq, üzgüçülüklə məşğul olmaq və rəqs etməkdir.

ALEM

Batırxan Abay oğlu Məlikov — Qrupun əsas vokalistidir. 18 fevral 1993-cü ildə Özbəkistanın Üşqudıq şəhərində doğulmuşdur. Lakin,uşaq yaşlarında ikən Qazaxıstanın Qostanay şəhərinə qayıtmışdır. Ailəsinin ortancıl övladıdır, özündən böyük qardaşı və kiçik bacısı var. Təhsilini Rusiyanın Çelyabinsk şəhərində İncəsənət və Mədəniyyət Akademiyasında almışdır. Həmçinin, ''The Voice Of Kazakhstan'' yarışmasının finalçısı, sonradan "X Factor'' müsabiqəsinin yarım finalçısı olmuşdur. Avropa ölkələrinin müxtəlif şəhərlərində, məsələn İspaniyanın Barselona, Almaniyanın Berlin və Rusiyanın bir neçə şəhərində keçirilən bir çox müsabiqələrdə qalib olmuşdur. Alman dilində danışa bilir. Hobbiləri animeyə baxmaq və kitab oxumaqdır. Ən çox xoşladığı anime Death Note-dur. Harri Potter seriyasını sevir.

Ace

Azamat Kayrat oğlu Aşmakın — qrupun rəqqas vokalistidir. 29 Avqust 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində doğulmuşdur. Ailəsinin ilk övladıdır, özündən kiçik qardaşı var. T.Q. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasında təhsil almışdır. 2011-ci ildə burada peşəkar aktyorluğunu öyrənmişdir. 2012-2015-ci illər ərizndə Cənubi Koreyanın ''SM Entertainment''şirkətində staj etmişdir. Azamat Qazax və Rus dillərindən başqa Koreya dilini də bilir. Almatıda Qazax Ablay Xan Univeristetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsilini alır. Hobbiləri təbiət idman növləri ilə məşğul olmaq və mistik kitabları oxumaqdır. Koreya qrupu olan Blackpink heyranıdır

ZaQ

Dulat Bolat oğlu Muhammetqali — Qrupun baş rəqqası, reperi və xoreoqrafiya asissentidir. 8 Fevral 1996-cı ildə Qazaxıstanın Semey şəhərində doğulmuşdur. Ailəsinin ilk övladıdır. Özündən kiçik qardaşı və bacısı vardır. Qazax Ablay Xan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhisil almışdır. Beynəlxalq Rus dili Olimpiadasının qalibi olmuşdur. A.Z. ilə birlikdə o da ''K-Top Idols'' layihəsinin qalibi olmuşdur. Hobbisi müxtəlif ölkələrin dillərini öyrənməkdir.

Bala

Daniyar Akılbay oğlu Qulımşa — Qrupun ikinci vokalıdır. 19 Fevral 1998-ci ildə Qazaxıstanın Aqtöbe şəhərində anadan olmuşdur. Ailəsinin ilk övladıdır, özündən balaca bacısı və qardaşı var. J.Elebekov adına Respublika Kollecində təhsil almışdır. Ninety One qrupuna qoşulmazdan əvvəl Brotherhood adlı qrupda çıxış edirdi. Hobbisi kinoya baxmaqdır. Qrupun ən balaca üzvüdür.

İstinadlar