Kalaverit — mineral, (Au,Ag)Te2
Haqqında Kalaverit - Monoklinik. Kristalları prizmatik, uzununa cizgili. İkiləşmə {010}, {301} və {111} üzrə. Aqreqat: dənəvər. Bürüncü-sarı, gümüşü-ağ. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,4. Sərbəst qızıl, silvanit və başqa tellurid və sulfidlərlə aşağı və orta temperaturlu hidrotermal yataqlarda. Qızılın kalaverit ilə əvəzlənməsi məlumdur. Kalaverit oksidləşməsi nəticəsində sərbəst qızıl əmələ gəlir.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Tellurun mineralları Kateqoriya:Qızılın mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Sulfidlər (minerallar)